Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Nəsimi İcra Hakimiyyəti Ümummilli liderin xatirəsini belə andı – VIDEO

Nəsimi İcra Hakimiyyəti Ümummilli liderin xatirəsini belə andı – VIDEO

Bu gün 12 dekabrdır. Düz 14 ildir ki, SİZ başımızda yoxsunuz. Bəli 14 il bundan əvvəl Azərbaycanın prezidenti, demokratik və müasir Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyevi itirdik. 2003–cü ilin oktyabr ayında prezident seçkilərində namizədliyinin irəli sürməsinə baxmayaraq, səhhəti onun üçüncü dəfə Azərbaycan respublikasının prezidenti olmasına imkan vermədi. Lakin 10 illik hakimiyyəti dövründə Azərbaycanın daxili və xarici siyasətində, sosial–ictimai həyatında, iqtisadiyatında böyük uğurlar qazanması üçün əlindən gələni əsirgəməyib bu uğurda gecə–gündüz çalışdı. O, dövləti və milləti üçün yaşayan, Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə tanınmasına səy göstərən daxi bir şəxsiyyət, siyasətçi idi. İstənilən sahədə təkmilləşdirdiyi bilik və bacarıqlarını Azərbaycanın günü–gündən inikşaf edib çiçəklənməsinə sərf etdi. Həm SSRİ dövründə, həm də müasir Azərbaycan Respublikası yarandıqdan sonra aldığı mükafatları onun zəngin həyat və yaradıcılığı haqqında geniş təsəvvür yaradır. Mərhum prezidentimiz Heydər Əliyevin Azərbaycanın tarixində qoyub getdiyi izlər hələ də özünü doğruldur. Ordu quruculuğu, dövlət strukturlarının sistemli işinin qurulması, dövlətin maliyyə–büdcəsinin doldurulması, milli valyutanın səmərəlliyi, saneyə və iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın iqtisadi beynəlxalq aləmdə “neft ölkəsi” kimi tanınması, xarici əlaqələr, Türkiyə–Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uzun müddətli davam etdirilməsi, idman sahəsində beynəlxalq turnirlərdə əldə etdiyimiz nailiyyətlər, təhsil sahəsində hər il yetişən mütəxəssislər, savadlı kadrlar və s. hamısı onun uğurlu siyasətinin nəticəsidir. Və bu siyasəti bu gün dövlət başçımız, Azərbaycanın Silahlı Qüvvələrinin Ali baş komandanı, Azərbaycan respublikasının prezidenti, cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda keçirilən, dünya səviyyəsində izlənilən belnəlxalq yarışlar: 2012–ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015–ci il Avropa Oyunları, 2016–cı il Formula 1 Grand Prix yarışı və həmin ildə keçirilən 42–ci Şahmat Olimpiadası, 2017–ci ildə IV İslam Həmrəyliyi Oyunları və eləcə də, hərbi sahədə qazanılmış uğur – 2016–cı ildə “Aprel döyüşləri”ndə Ermənistan ordusunu məğlubiyyətə uğratmağımız bu gün Azərbaycan prezdentinin bu uğurlu yolu necə yüksək səviyyədə davam etdirməsinin və Azərbaycanın gücünün baris nümunəsidir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003–cü il dekabrın 12–də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15–də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur. Biz mərhum prezidentimiz, keçmiş dövlət başçısı, Ümummilli liderimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun.

Azinforum.az Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  təşkil olunan tədbirdən hazırladığı reportajı təqdim edir.

 

 

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …