Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / Nəsimi İcra Hakimiyyəti “Omar Atçılıq Mərkəzi”ndə rayon məktəblilərinə unudulmaz gün yaşatdı – FOTO

Nəsimi İcra Hakimiyyəti “Omar Atçılıq Mərkəzi”ndə rayon məktəblilərinə unudulmaz gün yaşatdı – FOTO

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir

Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Bu dəfə belə bir tədbir kimi Mehdiabad qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”nə ekskursiya təşkil edilib.Tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən olan, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak edib. “Omar Atçılıq Mərkəzi”ndə uşaqlar buradakı heyvanlar, xüsusilə atlarla yaxından tanış olub, onlar barəsində ətraflı məlumat alıblar. Daha sonra uşaqlar qayıqlarla göl gəzintisində iştirak edib, Mərkəzin ərazisindəki müxtəlif oyun qurğularında əyləniblər. Tədbir zamanı uşaqlar arasında müxtəlif maraqlı oyunlar təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb. İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət ediblər. Tədbirdə uşaqlar birgə nahar ediblər. Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxıb, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olub.

Valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

Ramiz Zeynalovun qardaşı hakim qarşısında

Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq. Unikal.org xəbər verir ki, Məmmədov Sərxan …