Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Nərminin qəsdən öldürülməsi prezidentin nəzarətindədir” – Zakir Qaralov

“Nərminin qəsdən öldürülməsi prezidentin nəzarətindədir” – Zakir Qaralov

Baş Prokurorluqda əməliyyat müşavəsi keçirilib.

“Qafqazinfo”ya daxil olan xəbərə görə, çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı dövlət başçısının xüsusi nəzarətindədir:

“İctimaiyyəti narahat edən bu faktla bağlı başlanmış cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir”.

Z.Qaralov intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verib.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …