Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Nərminin ölümündə günahlandırılan Altay DANIŞDI – VİDEO

Nərminin ölümündə günahlandırılan Altay DANIŞDI – VİDEO

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən Nərmin Quliyeva cinayəti ilə bağlı yayılan səs yazısında adı hallanan Altay Ələkbərovun daha bir açıqlaması maraq doğurub.

Unikal.org xəbər verir ki, “Space TV”nin əməkdaşları Altay Ələkbərovun yaşadığı evə baş çəkiblər.

O bildirib ki, kimlərsə bilərəkdən onun adını cinayətdə hallandırıblar. Altay Ələkbərov vurğulayıb ki, ona və ailəsinə iftira atırlar.

Hadisəyə səbəb kimi Altay Ələkbərov istintaqa verdiyi ifadəni göstərir.

O bildirib ki, Nərminin meyitinin yandırıldığı an maşını ilə həmin ərazidən keçib. Həmin ərazi zibillik olduğundan qonşunun oradakı yanğını söndürdüyünü zənn edib və bu səbəbdən dayanmayıb.

Evə çatdıqdan yarım saat sonra isə hadisənin baş verdiyini eşidib. Dərhal hadisə baş verən əraziyə qayıdıb.

Bu barədə polis əməkdaşlarına da məlumat verilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …