Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır”

“Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır”

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə bağlı tez-tez paylaşımlar edərək, öz kədərini izləyiciləri ilə bölüşüb.

BiG.AZ xəbər verir ki, aparıcı yeni bir paylaşım edərək qətl olunan balaca qızın anasının prezidentə müraciət edərək ev istəməsinə və buna reaksiyasını bildirən insanlarla bağlı fikirlərini bildirib.

O, fotonu belə şərh edib:

” Nərminin anası… Övladını itirmiş bir qadın… Dünən bir açıqlama verib, qızının öldürüldüyü kənddə yaşaya bilmədiyini, başqa bir yerdə ev istədiyini bildirdi. Onun bu isteyi barədə nəsə deməyəcəm. Siz də mənim fikrimi heç soruşmayın. Mən məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm. Dünəndən medianı izləyirəm və dəhşətə gəlirəm. Bu qadını söyən kim, öldürən kim, təhqir, ittiham…bir sözlə linc edirlər. Başa düşürəm, böyük bir dəhşətlə öldürülən on yaşlı Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır. Haqlı suallar ortaya çıxır. Amma nəzərə alın ki, o, bir anadır. Bəlkə bu dəqiqə nə düşünür, nə deyirsə, o kədərin təsiri ilə deyir. Nəticədə o bir anadır və kimsə onun övladını ondan çox istəyə bilməz. Necə görünməsindən asılı olmayaraq, bir az mərhəmət, özünü qarşındakının yerinə qoymaq, bəlkə kədərinin təsiri ilə belə dediyini düşünmək olmazmı?! Peyğəmbərimiz deyir ki, mərhəmət etməyənə , mərhəmət edilməz”.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …