Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Nərimanovda polislər mollanın yanına məsləhətə yığışdı… – GÖZLƏNİLMƏZ + FOTO

Nərimanovda polislər mollanın yanına məsləhətə yığışdı… – GÖZLƏNİLMƏZ + FOTO

Din xadimi asayiş keşikçilərini sadə, yoxsul vətəndaşların ehtiyac və problemlərinə həssaslıqla yanaşmağa çağırıb…

Nərimanov rayon Polis Şöbəsinin əməkdaşları Voljskoye kənd məscidinin imam-xətibi Fərhad-Həzrət Kenjəliyevlə görüşərək regionun tanınmış din xadimindən bəzi məsləhətlər alıblar.
Moderator.azrusdilli İslam saytlarına istinadla xəbər verir ki, söhbət Rusiya Federasiyası Həştərxan vilayətinin Nərimanov rayonundan gedir.
Polislərlə mollanın bu dəfəki görüşünün əsas mövzusu “İntihar- ruhi-mənəvi xəstəlikdir” olub. Yığıncaqda imam  F.Kenjəliyev qeyd edib ki,  İslam hər kəsə, o cümlədən insanın özü-özünə qarşı hər cür zorakılığa qəti qadağa qoyur.
Din xadimi dinimizin insan həyatına verdiyi dəyərdən geniş danışıb.
İmam, həmçinin, asayiş keşikçilərinə öz vəzifə borclarını layiqincə yerinə yetirməyin xüsusi vacibliyini xatırladaraq vətəndaşlarla qarşılıqlı münasibətlərdə diqqətli olmağı tövsiyə edib, polisləri xüsusən sadə, yoxsul insanlara, onların ehtiyac və problemlərinə həssaslıqla yanaşmağa çağırıb.
Görüşün sonunda məscid imamı polislərə gündəlik xidmət və  şəxsi həyatlarında uğurlar diləyib.

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …