Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Nərimanov ərazisində qapalı müşavirə – Hüseyn Abdullayev (Quska) özünə siyasi dayaq toplayır

Nərimanov ərazisində qapalı müşavirə – Hüseyn Abdullayev (Quska) özünə siyasi dayaq toplayır

MDHP: “Adları gizlədilmiş partiya səlahiyyətlisi kimi göstərilən adamların MDHP adından danışmaq və ya hansısa gizlin tədbirlərə qatılmaq səlahiyyətləri yoxdur”

Sülhəddin Əkbər: “Partiyamızın sədri deyilən formatda baş tutan görüşdə iştirakının olması ilə bağlı yayılan xəbəri təkzib edir”

Sabiq deputat siyasi təşkilat yaradır?

Bir neçə gün öncə Nərimanov rayonu ərazisində yerləşən kafelərdən birində toplantı keçirildiyi barədə məlumat almışıq. Həmin məlumatda sabiq millət vəkili, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevin “skayp” vasitəsiylə toplantıya qatıldığı bildirilir.

Belə ki, hələlik adını qeyd etmək istəmədiyimiz kafedə (həmin kafe rayonlardan birinin adını daşıyır-T.Türk) keçirilmiş müşavirədə Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, sabiq müsavatçı, hazırda “Milli Şura”da təmsil olunan İbrahim İbrahimli, AXCP üzvü Mirfeyzulla Seyidov, Milli Dirçəliş Partiyasının hələlik adları məlum olmayan iki üzvü də olub.

Qapalı müşavirədə hansı qərar verildi?
Hüseyn Abdullayev (Quska) müşavirə keçirdi...
Məlumat verən mənbə müşavirənin tam qapalı keçirildiyini, həmin müddətdə kafenin bağlanıldığını qeyd edib. Mənbə onu da bildirib ki, bir zamanlar Naxçıvan Mustar Respublikasının bəzi rayonlarında “OBXSS” kimi çalışmış M.Seyidovun da i.tirak edib. M.Seyidov polis orqanlarında çalışdığı zaman müxalif qüvvələrə qarşı amansızlığı ilə seçilsə də, həmin orqandan xaric edildikdən sonra AXCP sədri Əli Kərimlinin ətrafında yer ala bilib.
Gizli müşavirəni “Milli Şura” üzvü İ.İbrahimli idarə edib. O, ölkədəki siyasi vəziyyət barəsində ətraflı məlumat verib. Daha sonra söz alan AzDP-nin sədri S.Əkbər hazırkı siyasi vəziyyətdə yeni siyasi hərəkatın yaradılması zəruruiliyindən söhbət açıb. O, həmin hərəkata Almaniyada sığınacaq tapmış sabiq deputat Hüseyn Abdullayevin (Quska) rəhbərlik etməyə layiq olduğunu xüsusi vurğulayıb. “Quska”nın cəsarətindən, liderlik keyfiyyətlərindən söhbət açan S.Əkbər, müşavirə iştirakçılarını yeni liderin müsbət imicinin cəmiyyətə təqdim edilməsində aktiv olmağa çağırıb.
MDHP-nin adından müşavirəyə qatılmış şəxs, millət vəkili Fərəc Quliyevin salamını iştirakçılara yetirdikdən sonra “Milli Şura”nın fəaliyyəti barədə tənqidi fikirlərini söyləyib. O, H.Abdullayevin hazırkı situasiyada ən layiqli lider ola biləcəyini, “Quska”nın yazdığı “Susma” adlı nəğmənin onun yüz minlərin sevimlisinə çevirdiyini xatırladıb.
Xüsusi fəallıq nümayiş etdirən AXCP üzvü M.Seyidovun çıxışı daha geniş olub. O, “Quska” ilə daima əlaqə saxladığını, sabiq deputatın mübarizə əhval-ruhiyyəsinin yüksək olduğu barədə müşavirə iştirakçılarını məlumatlandırıb. AXCP üzvü “Quska”nın yaxın bir zamanda Vətənə dönəcəyini söyləyib. Məhz həmin gün Azərbaycanda ciddi dəyişikliklərin baş verə biləcəyinə inandığını vurğulayan M.Seyidov “Quska”nın qarşılanması üçün ciddi hazırlıq işlərinə başlamağın zəruriliyini qeyd edib.

“Susma” adlı demokratik hərəkat yaradılır?
Hüseyn Abdullayev (Quska) müşavirə keçirdi...
Müşavirəyə “skayp” vasitəsilə qatılan sabiq deputat H.Abdullayev Azərbaycan üçün hədsiz darıxdığını açıqlayıb. “Quska” ölkə iqtidarının ona qarşı yönəlmiş tədbirlərini qanunsuzluq, qisasçılıq adlandırıb və ədalətin bərpa olunması üçün ən cəsarətli addımları atmaqdan çəkinməyəcəyini bəyan edib. H.Abdullayev siyasi partiyaların ayrı-ayrılıqda heç bir uğura imza ata bilməyəcəklərinə işarə vurub. O, “Milli Şura”nın keçirdiyi mitinqlərin zəif, effektsiz olduğunu diqqətə çəkib. Sabiq deputat “Susma” adlanacaq demokratik hərəkatın əsas məqsəd və məramını açıqlayaraq, S.Əkbər, İ.İbrahimli və M.Seyidova hərəkata cəlb etmək üçün digər müxalif qurumlarla danışıqlar aparmaq təklifini verib.
“Quska” iqtidarın onun müxtəlif obyektlərini qanunsuz sökdürməsindən də söhbət açıb. O, bildirib ki, onun maddi durumunu ağırlaşdırmaq üçün iqtidarın atdığı addımların heç bir faydası olmayacaq. Sabiq deputat öz ağlı və zəhməti ilə qurduğu biznesini kimsənin çökdürmək gücündə olmadığını bildirib. “Quska” müşavirə iştirakçılarına siyasi fəallığı artırmağı tövsiyyə edərək, onların fəaliyyəti üçün lazım olan maliyyənin istənilən vasitə ilə ünvanına çatdırılacağını bəyan edib. ( “Millətim.info”)

Azinforum.az saytı olaraq qeyd edirik ki, bu yazı “Millətim” qəzetinin son sayında dərc edilib, eyni zamanda  həmin qəzetin rəsmi saytında yayimlanıb. Lakin, bizim bu yazını yalnız məqalə müəllifinin adına istinadən yaymağımız kiçik anlaşılmazlığa səbəb olub. Belə ki, redaksiyamızla əlaqə saxlayan və özünü Milli Dirçəliş Hərəkatı Partiyasının funksioneri kimi təqdim edən Tahir Seyidov adlı şəxs nədənsə qınaq obyekti olaraq bizi seçmək qərarına gəlib. O, redaksiyamıza telefon açaraq dərhal yazını saytdan yığışdırmağı tələb etdi. Məsələnin nə yerdə olduğunu ona izah etdik. İradı belə oldu ki,  biz hansısa “qaçaq” sayta istinad etmişik. Yəni bizim istinad etdiyimiz saytın əlaqə telefonu və ünvanı göstərilmədiyi səbəbindən Tahir Seyidov Millətim.info-nun “qaçaq” fəaliyyət göstərdiyini iddia edir. Bir daha Tahir müəlimin nəzərinə çatdırırıq ki, müstəqil media nümunəsi olaraq bizim fəaliyyətimiz şəffaf və qərəzçilikdə uzaqdı. Məqalədə adları çəkilən tərəflərin hər birinə fikir bildirməklə bağlı şəraiti yaratmaq isə bizim peşə borcumuza aiddir. Tahir Seyidova isə “qaçaq” saydığı KİV-i tapmaq üçün “Millətim” qəzetinin son sayını oxumağı məsləhət görərdik.qus

Qeyd edək ki, redaksiyamızın elektron poçtuna Milli Dirçəliş Hərəkatı Partiyasından yazılanlarla bağlı münasibət göndərilib. Partiyanın mövqeyini olduğu kimi çatdırırıq:

“10.04.2015 tarixində “milletim.info” saytında verilmiş “Hüseyin Abdullayev (Quska) müşavirə keçirdi…” məqaləsində iddia edilib ki, “Nərimanov rayonu ərazisində yerləşən kafelərdən birində gizli toplantı keçirilib və həmin toplantıda Milli Dirçəliş Partiyasının hələlik adları məlum olmayan iki üzvü də iştirak edib. MDHP adından müşavirəyə qatılmış şəxs Fərəc Quliyevin salamını iştirakçılara çatdırıb”. Heç bir əlaqə telefonu və ünvanı olmayan qaçaq saytın bu “Yazısı”na KİV ciddi yanaşmasa da, “azinform.az” və bəzi media orqanlarında təkrar yayımlanıb. MDHP olaraq bildiririk ki, adları gizlədilmiş partiya səlahiyyətlisi kimi göstərilən adamların MDHP adından danışmaq və ya hansısa gizlin tədbirlərə qatılmaq səlahiyyətləri yoxdur. MDHP Nizamnaməsinə uyğun olaraq MDHP adından danışmaq səlahiyyəti: MDHP-nin sədrinə və MDHP ali orqanlarının səlahiyyət verdiyi üzvülərə aiddir.

Biz MDHP olaraq bu cür halları pisləyir və bütün Kütləvi İnformasiya Vasitələrinə xəbərdarlıq edirik: Son vaxtlar MDHP-nın milli düşüncənin siyasi mərkəzinə çevrilməsi və ölkədə “beşinci kalon” funksiyasında fəaliyyət göstərən qüvvələrə qarşı ortaya qoyduğu sərt mövqedən dolayı belə qüvvələrin hədəfinə çevrilməsi fonunda Partiyanın fəaliyyətinə, onun lider və funksionerlərinin işgüzar nüfuzuna xələl gətirən dezinformasiyaların yayılmasının qarşısını almaq üçün bu cür hallara qarşı hüquqi ölçü götürülməsini tələb edəcəyik.

MDHP Mətbuat Xidməti
15.04.2015″mdhp

Qeyd edək ki, yazılanlara Azad Demokratlar Partiyasınından da reaksiya verilib. Partiyanın Mətbuat Xidmətinin rəhbəri Akif Nəsirli Azinforum.az-a bildirdi ki, Sülhəddin bəyin  həmin hadisəyə heç bir aidiyyəti yoxdur: “Bizim fəaliyyətimiz şəfaf olduğu üçün gizli toplantıların keçirilməsinə zərurət görmürük. Partiyamızın sədri deyilən formatda baş tutan görüşdə iştirakının olması ilə bağlı yayılan xəbəri təkzib edir”.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın