Cümə , Sentyabr 20 2019
Ana səhifə / Nərgiz Paşayeva ilə qızı açılış etdi – Fotolar

Nərgiz Paşayeva ilə qızı açılış etdi – Fotolar

Martın 24-də Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın bir çox tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də xarici qonaqlar iştirak ediblər. 
Buro247.az xəbər verir ki, YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Xatırladaq ki, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 kvadratmetr, sovet dövründə möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra hazırda YARAT-a məxsusdur. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır.
Açılış mərasimi münasibətilə qonaqlara “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. Sərginin diqqət mərkəzində – rəssamın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib. Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunub. YARAT-ın kolleksiyası son üç ildə toplanıb və xüsusilə YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni sərgilərin özəl sifarişləri sayəsində daha da artırılacaq.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan “Şirin Neşat: Gözlərimin evi” adlı sərgisi iyunun 23-dək davam edəcək.











Həmçinin oxuyun

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr …

Bir cavab yazın