Cümə , Avqust 19 2022
Ana səhifə / Aktual / Nərgizə hücum edən şəxs saxlanıldı

Nərgizə hücum edən şəxs saxlanıldı

Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.

Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib. V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədilə yaxınlaşdığını bildirib.

Qeyd edək ki, hadisə noyabrın 27-də saat 17:00 radələrində paytaxtın “Tarqovı” adlanan ərazisində baş verib. Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.https://www.youtube.com/embed/izUnj586c6E


Həmçinin oxuyun

Başı milyonluq tenderlərə qarışan ƏMRULLAYEVİN NƏZƏRİNƏ… – Sakinlər NARAZIDIR…

Milli Qəhrəman İsgəndər Aznaurovun Şəmkir rayon Kür qəsəbəsindəki 1 saylı orta məktəbin həyətində ucaldılmış büstü …