Çərşənbə axşamı , Noyabr 30 2021
Ana səhifə / Aktual / Nənələri Kəmaləddinin üstünə Mehman qaldırdı

Nənələri Kəmaləddinin üstünə Mehman qaldırdı

Sosial şəbəkələrdə məşhur bloger Mehman Hüseynov, eləcə də müxalifət fəalları Ülvi Həsənli və Əvəz Hafizlini ifşa edən sensasion videogörüntü yayılıb.

Naməlum şəxslər Mehman Hüseynovun dostları ilə birlikdə üç yaşlı qadınla nəyəsə razılaşdığını və əllərini sıxdığını gizli yolla lentə alıblar.

Bir müddətdən sonra qadınların üçü də “təsadüfi” olaraq Mehman Hüseynovun millət vəkilliyinə namizədliyini irəli sürən Kəmaləddin Qafarova qarşı hazırladığı təxribatlarda yeni açıqlamalarla çıxış edərək videoçarxın əsas personajlarına çevriliblər.

Qeyd edək ki, keçmiş deputat Kəmaləddin Qafarovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən 10 saylı Binəqədi 3-cü seçki dairəsindən irəli sürülüb.

Mehman Hüseynovun yeni videosunda hər üç qadın bu dairədən Kəmaləddin Qafarovu tənqid edən seçici kimi çıxış ediblər. Mehman Hüseynovun kastinqi kim tərəfindən lentə alındığı məlum deyil. Lakin qalmaqallı videogörüntü yanvarın 29-da kimliyi məlum olmayan Azər Vəliyev adlı şəxs tərəfindən “Youtube”da yayımlanıb.

Həmçinin oxuyun

Helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adları açıqlandı – RƏSMİ

Dövlət Sərhəd Xidməti “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan və …