Çərşənbə , İyun 29 2022
Ana səhifə / Aktual / “Nəcməddinin bacısı oğlu camaatı “tok”a verib”

“Nəcməddinin bacısı oğlu camaatı “tok”a verib”

Hərbi prokuror Xanlar Vəliyevin ötən gün yerli mediaya olan açıqlaması geniş rezonans doğurub. Belə ki, hərbi prokuror ona qarşı olan etiraz aksiyaları, habelə istefa tələblərinə cavab olaraq bildirib ki, o, “Tərtər işi”ndə işgəncələrin qarşısını alan adam olub:

“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hərbi jurnalist Rey Kərimoğlu isə deyib ki, Azərbaycanda bu kimi neqativ hallar vaxtında etiraf edilmir:

“Bilirsiniz, bu suala cavab vermək çətindir ki, işgəncələrinin olması faktı niyə indi təsdiq olunub və s. Gəlin düşünək, Azərbaycanda hansı neqativ hal vaxtında etiraf edilib ki? Bu, Azərbaycana xarakterik olan bir haldır. Bu boyda hadisələr baş verib, illər keçib, amma hadisənin başında duran adamın adını çəkmirlər, o adam Bakıda kefində, eyş-işrətində yaşayır.

Vallah, mən bunu şərh etməkdə çətinlik çəkirəm ki, niyə indi bu haqda danışılır? Bilmirəm, səbəbi özü deyər. Yəqin ki, dünən aksiya olub və onunla bağlı bu fikirləri deyib”.

R. Kərimoğlu əlavə edib: “Mən bir şeyi də başa düşə bilmirəm ki, işgəncələrin olması faktını o, necə təkzib edə bilər?! Bununla bağlı cinayət işi qaldırılıb, işgəncə verən adamlar tutulub, ölüm faktları var. Xanlar Vəliyev bunu haçansa təkzib edib?! Yox! Sadəcə olaraq danışmayıb bu haqda. Əlbəttə, burada keçmiş baş prokuror Zakir Qaralov da cinayət məsuliyyətinə cəlb edilməlidir, eyni zamanda Nəcməddinin özü. Hadisələrin başında Nəcməddin Sadıqov, Zakir Həsənov olub. Müdafiə naziri, a kişi! Müdafiə naziri ən yumşaq halda istefa verməlidir. Azacıq rəhmi və vicdanı varsa, istefa verməlidir, məncə”.

Hərbi jurnalist iddia edib ki, o vaxt Bakıdan “dəniz pişikləri” deyilən xüsusi təyinatlılar cəbhə bölgəsinə aparılıb:

“Bu, bilirsiniz nə deməkdir? Burada birbaşa Nəcməddinlə Zakir Həsənovun əli var. Əgər yuxarıdan aşağı baiskarları sıralasaq, mən deyərdim ki, Zakir Həsənov, Nəcməddin Sadıkov, Zakir Qaralov, Xanlar Vəliyev – belə getməlidir sıra.

Lakin nədəndirsə, bütün bu məsələlərdə Zakir Həsənov və Nəcməddinin adı çəkilir. Çünki bütün hadisələrin başında bunlardır. Bütöv bir cinayətin və onun gizlədilməsinin məsuliyyəti müdafiə naziri Zakir Həsənovun boynundadır və o, cavab verməlidir! Eyni zamanda cinayətdə iştirakı deyilən – hansı ki, mən orduda olmasam da, onlarla adamın bu barədə danışığı var – Nəcməddinin bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Ramin Əsgərov birbaşa bu işlərdə iştirak edib. O gedib korpusa, orada oturub cinayət əməllərini törədib, camaatı “tok”a verib. Faktlar, sübutlar var”.

“Bilirsiniz, Müdafiə Nazirliyi elə bir strukturdur ki, Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Qarabağ bölgəsinə gedir. Bilin ki, müdafiə nazirinin və baş qərargah rəsinin razılığı olmadan bu, ola bilməz. Bu işin başında olanları da dedim sizə”, – deyə müsahibimiz yekunlaşdırıb.

Həmçinin oxuyun

Vüsal Novruzov niyə həbs edilmir?

İyun ayının 20-də Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldı. Əməliyyat vaxtı …