Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Myanma lideri Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib

Myanma lideri Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib

Myanmanın dövlət müşaviri və hökumətin faktiki rəhbəri Aunq San Su Çji ilk dəfə Rakhayn ştatında Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib.
“Detuche Welle” xəbər verir ki, Nobel mükafatı laureatı çıxışında insan haqlarının istənilən şəkildə pozulmasının qəbuledilməz olduğunu bildirib: “Dini , etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq hadisənin günahkarları cəzalandırılacaq. Biz hamımız müharibə deyil, sülh istəyirik”.
Aunq San Su Çji regionda baş verənlərlə şəxsən tanış olacağını və xarici müşahidəçiləri ölkəyə buraxacağını açıqlayıb. O, dünya ictimaiyyətini səbirli olmağa da çağırıb: “Biz böyük sayda problemlərlə üzləşən balaca və gənc demokratiyayıq. Myanma Banqladeşə getmiş qaçqınların geri qayıtmasına kömək etməyə hazırdır”.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …

Bir cavab yazın