Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Müzakirələr asan olmadı” – Paşinyan

“Müzakirələr asan olmadı” – Paşinyan

“Brüsseldə keçirilən müzakirələr asan olmadı”.

“ Azinforum.az ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüş barədə danışarkən deyib.

“Aydındır ki, müzakirələr hərtərəfli idi və asan olmadı. Lakin qeyd etmək istəyirəm ki, məqsədlərimiz dəyişməz olaraq qalır və qalmalıdır. Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur və biz bunu həyata keçirmək üçün qətiyyət göstərməliyik”, – deyə Paşinyan söyləyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …