Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Muxtar Maniyevin ayağını kəsdilər

Muxtar Maniyevin ayağını kəsdilər

Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.

M.Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub:

 

“Əməliyyat sol ayağından olub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.

Həyat yoldaşı bildirib ki, M.Maniyev hazırda reanimasiyadadır:

 

“Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

Qeyd edək ki, M.Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın