Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / “Müxalifət nə ağac əkir, nə qan verir” – Siyavuş Novruzov

“Müxalifət nə ağac əkir, nə qan verir” – Siyavuş Novruzov

“Məhərrəmlik ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir. Onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP- çı deputat Siyavuş Novruzov bu gün partiyada keçirilən qanvermə aksiyasında deyib.

O bildirib ki, hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir: “İnsanlar Aşura günündə məscidlərdə qan versin, amma özünü döymə, baş yarma hallarına yol verməsinlər”.

S. Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O qeyd edib ki, müxalifət nə ağac əkir, nə qan verir: “Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm.Gəlsinlər qan versinlər”.

Həmçinin oxuyun

Prezident şəhid ailələri və qazilərlə bağlı daha bir sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi …