Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Müxalifət liderlərinin qida təhlükəsizliyinə nəzarət olunurmu…

Müxalifət liderlərinin qida təhlükəsizliyinə nəzarət olunurmu…

Dünyadan fərqli olaraq Azərbaycan müxalifəti bu məsələyə fərqli yanaşır…

Dünyada prezidentlərin, önəmli dövlət nümayəndələrinin və eləcə də müxalifət liderlərinin qidasına xüsusi diqqət yetirilir. Dövlət rəsmilərinin qida təhlükəsizliyi ilə müvafiq dövlət qurumları məşğul olduqları halda, müxalifət cameyəsində bu işi liderin mühafizə xidməti həyata keçirir.

Xüsusilə də toplu məclislərdə və yaxud da hər hansı bir riskli məkanda lider qidalanmadan öncə yeməklərini mühafizə xidməti yoxlayır. Azərbaycanda da bəzi müxalifət nümayəndələri var ki, hər hansı bir el məclisinə, yas yerinə mühafizə xidməti ilə gedirlər. Onların da yeməklərini mühafizələri yoxlayırlar.

Lakin sorğumuz əsnasında Azərbaycanın əksər müxalifət partiyalarının rəhbərləri bildirdilər ki, onlar qida təhlükəsizliklərinə hər hansı bir xüsusi nəzarət etmirlər.

Əbülfəz Elçibəyin köməkçisi ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov bildirib ki, bəyin də qidasına nəzarət olub: “Məlum olduğu kimi, prezidentlərin qidalanmasına nəzarəti onların təhlükəsizlik xidmətləri edirlər. Bu işlərə birbaşa olaraq prezident, yaxud da onun köməkçisi nəzarət etmir. Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində və ondan əvvəlki dövrdə də prezidentlərin qidalarına nəzarət olub. Artıq bu, qəbul olunmuş idarəetmə strukturudur. Əbülfəz Elçibəy təbii ki, qidasının təhlükəsizliyi məsələsinə şəxsən qarışmırdı. Prezidentlikdən sonrakı dövrdə də onun qidasına nəzarət olub. Bildiyiniz kimi,1993-cü ilin 17 iyun tarixindən Bakıdan ayrılandan sonra Kələkidə yaşayıb. Orada təbii ki, onun yeməklərinə diqqət olunub. Orada onun yeməklərini hazırlayan birbaşa ailə üzvləri idi. Digər tərəfdən isə orada mühafizəçilər var idi. Bu mühafizə xidməti isə 1995-ci ildən sonra bizim kurasiyamızda idi. O zamana qədər də digər şəxslər olub. Biz imkanımız daxilində bu məsələlərə diqqət edirdik. Əlbəttə ki, Əbülfəz Elçibəyin qida təhlükəsizliyi məsələsi diqqətdə saxlanılırdı”.

Əksər müxalifət nümayəndələri bildirdilər ki, onlar qida təhlükəsizliyi məsələsinə diqqət etmirlər.

Tural Abbaslı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan AĞ Partiya sədri Tural Abbaslı “biz kiminsə həyatını öz həyatımızdan mənasız hesab etmirik” – deyə bildirdi: “Deyə bilmərik ki, kimsə filan yeməyi yesin, sonra biz də yeyək. Yaxud da biz hələ özümüzü o dərəcədə önəmli, vacib bir insan hesab etmirik. Xalq qarşısında o qədər də xidmətimizin olduğunu düşünmürük ki, kiminsə həyatını təhlükəyə alaq. Ona görə də bizim belə bir problemimiz yoxdur. Adi insanlar tədbirlərdə və yaxud da hansısa məclisdə necə qidalanırsa, biz də elə qidalanırıq. Sadəcə olaraq, inancımızla bağlı olaraq  diqqət etdiyimiz məsələ halal, haram məsələsidir. Digər təhlükəsizlik məsələsinə isə istəsək belə, diqqət etmək imkanımız yoxdur. Hansı formada biz bunu həyata keçirə bilərik? Azərbaycanda da bildiyimiz kimi çox gözəl qonaqpərvərlik adətləri var. Harada demək olar ki, bağışlayın, biz sizdən şübhələnirik, ona görə qida qəbul etməyəcəyik. Ailə, məclis sahibi bunu özünə hörmətsizlik kimi qəbul edər. Dolayısı ilə desək, bunu həyata keçirmək üçün texniki imkanlar yoxdur. Ancaq bununla yanaşı, özümüz də məsələ ilə bağlı xüsusi nə isə düşünmürük. Güman etmirəm ki, kimlərsə mənim həyatıma qəsd etmək niyyətində bulunsun”.

Xəzər Teyyublu ile ilgili görsel sonucu

KXCP sədrinin müavini Xəzər Teyyublu da bildirib ki, belə bir təhlükəsizlik tədbirləri almırlar: “Bizdə belə bir təhlükəsizlik məsələsi yoxdur. Dünyada oturuşan dövlətlər var ki, orada bu cür hallar baş verə bilər. Həmin ölkələrdə bu məsələlər təhlükəsizliklə bağlı proqrama daxildir. Ancaq məncə, Azərbaycanda bu məsələlər bir qədər başqa cürdür. Ona görə də belə hallarda nəzarət olunmur. Bizdə də eyni qayda üzrə qida ilə bağlı nəzarət yoxdur”.

Həsrət Rüstəmov ile ilgili görsel sonucu

ADP sədrinin müavini Həsrət Rüstəmov da bildirib ki, partiya sədrinin qida təhlükəsizliyinə xüsusi nəzarət mövcud deyil:

“Deyərdim ki, bəlkə də Azərbaycanda heç bir partiyada bu cür nəzarət mövcud deyil. Ancaq hər bir insan özü qidasına nəzarət etməlidir. Bizim də sədrimiz Sərdar Cəlaloğlu, bildiyiniz kimi,  həkimdir. O, qidanın xarici görünüşü və digər xüsusiyyətlərinə görə yəqin ki, təhlükəli olub-olmadığını müəyyənləşdirə bilir. Bir sözlə, belə bir sistemimiz yoxdur. Toyda da, yasda da camaat nə yeyirsə, onu da yeyirik”.

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …