Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / MÜXALİFƏT LİDERLƏRİNİN QATILDIĞI QURULTAYDAN İLHAM ƏLİYEVƏ DƏSTƏK

MÜXALİFƏT LİDERLƏRİNİN QATILDIĞI QURULTAYDAN İLHAM ƏLİYEVƏ DƏSTƏK

Dünya Azərbaycanlıları Konqresinin 13-cü Qurultayında maraqlı çıxışlardan biri DAK İdarə Heyətinin üzvü İsmayıl Ağayev tərəfindən edilib. Yenicag.az xəbər verir ki, İsmayıl Ağayev öz çıxışında bildirib ki, “Biz Rəsulzadə və Elçibəyə hörmət bəsləyirik. Onlar tariximizin şanlı səhifələrinə imza atıblar. Lakin çox istərdim ki, Elçibəy və Rəsulzadə ilə yanaşı Ulu Öndərimiz Heydər Əliyevi də yad edək. Müasir Azərbaycanın qurucusu olan dahi şəxsiyyətə qarşı kiminsəmünasibəti fərqli ola bilər. Bu onun şəxsi fikridir. Ancaq 50 milyonluq Azərbaycan türkünə xitab etməyə iddia ediriksə, Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasətdən bəhs etməmək olmaz. Biz fəxr edirik ki, müasir dövlət və ordu quruculuğu İlham Əliyevin başçılığı altında davam edir”.

Bu çıxış başda DAK həmsədrlərinin müşaviri Tənzilə Rüstəmxanlı olmaqla, qurultay nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, T.Rüstəmxanlı da öz çıxışında Azərbaycan Prezidentinin “Türkiyə yoxdursa, mən varam” sözlərinə diqqət çəkərək, dövlət olaraq, Türkiyənin yanında olduğumuzu bildirmişdi.

Bu məsələyə reaksiya verən DAK həmsədri Sabir Rüstəmxanlı bildirdi ki, “DAK partiyalarüstü bir təşkilatdır. DAK bütün təşkilatlara, partiyalara dəvət göndərir. Kimisi dəvətimizi qəbul edir, kimisi etmir, öz işləridir. Və ya burada fərqli fikirlərdə olan insanlar ola bilər. Ancaq bilinməlidir ki, DAK-ın fəaliyyəti bütövlükdə Azərbaycan dövlətinin və dövlətçiliyinin dəstəklənməsinə xidmət edir. Bizim üçün Azərbaycan Dövlətinin inkişafına və təbliğinə xidmət ən ümdə vəzifələrimizdən biridir”.

Qeyd edək ki, qurultaya qatılanlar arasında prezident seçkilərində Heydər Əliyev və İlham Əliyevin alternativi olmuş, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də iştirak edirdi.

11160197_849363668472187_2044587351_n1

Xatırladaq ki, İsmayıl Ağayev həm də Beynəlxalq Diaspora Mərkəzinin sədridir.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın