Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Müstəqillik Günü ilə Respublika Gününün adı dəyişdirilir

Müstəqillik Günü ilə Respublika Gününün adı dəyişdirilir

Mayın 28-i Müstəqillik Günü elan ediləcək.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü və oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …