Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Müştəri şikayət etdi, “Park Qusar”ın direktoru işdən çıxarıldı

Müştəri şikayət etdi, “Park Qusar”ın direktoru işdən çıxarıldı

“Park Qusar Resort” otelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də oteldən 3 otaqlı kottec bron ediblər: “Biz 3 ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda otellə əlaqə saxladıq, amma otelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də otelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər otel doludur deyə xadimə çatdırmayıb. Biz uşaqlara görə heç olmasa 1 otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”. 

“Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev “Qafqazinfo”ya açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib: “Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də otelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı. İndi otelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …