Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Müştəri “Bürc qala” restoranından şikayət etdi

Müştəri “Bürc qala” restoranından şikayət etdi

Sosial şəbəkələrdə İçərişəhərdəki məşhur “Bürc qala” restoranı ilə bağlı şikayət yayılıb.

Azinforum.az-ın  məlumatına görə, Oruc Oruclu adlı istifadəçi bu il yanvarın 2-də restoranda olarkən ofisinta samovar çayı sifariş etdiklərini, lakin rədd cavabı aldıqlarını bildirib: “Ofisiant dedi ki, samovar çayı ancaq yemək yeyənlər üçündür… Bizə ancaq sadə çayla dəstgah verə biləcəyini dedi”.

O.Oruclu restoranı qınayaraq əslində onların 20 manatdan çox pul xərcləyəcək müştərini itirdiklərini vurğulayıb: “Halbuki, samovar çayı, mürəbbə və paxlava sifariş verəcəkdik. Bu ən ucuz 20 manatlıq çay dəstgahından daha çox hesab tuturdu”.

Qeyd edək ki, “Bürc qala” muzey-restoran kimi fəaliyyət göstərir.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …