Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Müstəqilliyə aparan yolun başlandığı gün

Müstəqilliyə aparan yolun başlandığı gün

Bu gün Milli Dirçəliş Günüdür

Bu gün – 17 noyabr Azərbaycanın Milli Dirçəliş Günüdür. 1992-ci ildə rəsmi dövlət bayramı olan günlər sırasına daxil edilən 17 noyabr Milli Dirçəliş Günü 1988-ci il noyabrın 17-də başlanan, 20 günə yaxın davam edən və Azərbaycanın milli azadlıq hərəkatının start götürdüyü gün kimi tarixə düşüb.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan, Leninin adını daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanları xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatının başlanma tarixi olaraq qəbul edilir və ölkəmizin istiqlaliyyət qazanmasında çox mühüm tarixi əhəmiyyəti olan hadisənin baş verdiyi gün kimi qeyd edilir.

1988-ci ilin əvvəlindən Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, o dövrkü Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının, ziyalıların və fəhlələrin başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan ovaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. 20 günə yaxın meydandan çəkilməyən on minlərlə insan “Qarabağ” şüarı, eyni zamanda “Azadlıq” şüarları ilə çıxış edirdilər.

 Ä°lgili resim

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. Lakin SSRİ rəhbərliyi başlanan prosesin qarşısını bununla tam ala bilmədi. 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azadlıq mübarizəsinin təməlini qoydu. 17 noyabr Azərbaycan xalqının milli dirçəlişi, azadlıq uğrunda mübarizənin start götürdüyü gün olaraq tarixə düşdü.

Dirçəliş günü ile ilgili görsel sonucu

Dekabrda mitinqlər zorakılıqla dağıdılsa da proses artıq başlanmışdı və imperiya qüvvələri onun qarşısını tam ala bilmirdilər. 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. O vaxtdan etibarən milli azadlıq hərəkatının təşkilat olaraq hərəkətverici qüvvəsi kimi Xalq Cəbhəsi çıxış edirdi. Azərbaycanı bürüyən azadlıq hərəkatını məhv etmək üçün 1990-cı ilin 19-20 yanvarında SSRİ rəhbərliyinin əmri ilə Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu, 1988-ci ilin 17 noyabrından başlanan mübarizə əzmini sındıra bilmədi. Əksinə, azadlıq hərəkatı daha da sürətləndi. Milyonlarla insanın iştirakı ilə mitinqlər keçirildi. 1988-ci il 17 noybarından başlayan milli azadlıq mübarizəsi 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa ediməsi ilə yekunlaşdı.

17 noyabr Milli Dirçəliş günü 1992-ci ildən 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi rəsmi bayram olsa da, iş günü sayılır.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …