Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Müşfiq Abdullayevin işçiləri maaşa görə bunt qaldırdı

Müşfiq Abdullayevin işçiləri maaşa görə bunt qaldırdı

Rusiyanın Sankt-Peterburq şəhərində reteyler  biznesi çökən sirli iş adamı Müşfiq Abdullayevdən maaşlarını tələb edən yüzlərlə işçi onun şirkətin ticarət mərkəzlərindən birinə hücum edib. Mümkün iğtişaşları əngəlləmək üçün obyektin mühafizəsinə OMON cəlb edilib.

Xəbər verdiyimiz kimi, Müşfiq Əli oğlu Abdullayevin sahibi olduğu “İntertorq” Ticarət Evi şirkəti sürətlə artan borca görə yüzlərlə mağazalar, supermarketlər və hipermarketlərdən  ibarət şəbəkəsini bağlayıb. Şirkət Peterburqda “Spar” və “SemYa” supermarketlər şəbəkəsinə malik idi. Fəaliyyətinin pik dövründə-2017-ci ildə obyektlərinin sayı 500-ə çatıb, illik dövriyyəsi isə milyardlarla dollarla ölçülüb. 

Lakin 2018-ci ilin ortalarından etibarən şirkət bir-birinin ardınca borc iddiaları ilə üzləşib. 100-dən çox təchizatçı şirkət “İntertorq”a qarşı borc iddiası qaldırıb və borcları ödəyə bilməyən Müşfiz Abdullayev (o, özünü Mixail kimi təqdim edir, barəsində çox az məlumat var, publik biznesmen deyil) mağazalar şəbəkəsini bağlamaq qərarı verib. 2019-cu il dekabrın 20-də onun mağazalarının əksəriyyəti işini dayandırıb, 10-a qədər mağaza isə qalan malları yarı qiymətə satıb qurtarmaq üçün dekabrın 31-nədək fəaliyyətini davam etdirirdi.

Xəbərlərə görə, mağazalar şəbəkəsinin işçiləri iki aydır əmək haqqı almır və onlar dekabrın 30-da Dunay prospektindəki ticarət mərkəzinə toplaşaraq pullarını tələb ediblər. Şəhər Daxili İşlər İdarəsinin yaydığı məlumatda deyilir ki, toplaşanlar ticarət mərkəzinin işinə mane olublar, amma ictimai asayişi pozmayıblar. Obyektin mühafizəsinə OMON cəlb edilib, amma onlar işçilərə müdaxilə etməyiblər, kənardan mühafizəni təmin ediblər. Şahidlərdən biri deyib ki, “İntertorq”un bunt qaldıran işçiləri hipermarketin içərisinə daxil olublar, onların bir çoxu piştaxtalardan ərzaq və içkilər götürüblər, elə oradaca yeyiblər.

Əməkdaşlar deyirlər ki, onlara maaşların nə zaman veriləcəyini heç kim demir. Menecerlər isə telefonları söndürüblər, zənglərə cavab vermirlər.

Yerli KİV-lər xəbər verir ki, mağazalar şəbəkəsinin işçiləri ötən gün şirkətin Radişev küçəsindəki baş ofisinin qarşısına toplaşmışdı. İşçilərdən biri deyib ki, onları içəri buraxmırlar, heç kim maaşların nə zaman ödəniləcəyini demir.

Prokurorluq isə maaşların verilməməsi faktına görə təhqiqat başladıb. Bu arada Müşfiq Abdullayev özü Dubaya uçmaq istərkən dekabrın 31-nə keçən gecə Peterburqun Pulkovo aerportunda saxlanılıb və Moskva rayon prokurorluğuna aparılıb. Məlumata görə biznesmen Dubaya Yeni il tətilinə getdiyini deyib, amma onun borclara görə ölkədən qaçmaq istədiyi də istisna deyil.

Bəzi məlumatlara görə M.Abdullayev əvvəlki borclarını ödəməmək üçün yeni şirkət açacaq və biznesini yeni ad altında davam etdirəcək. Müflis olan “İntertorq” şirkətinin 99 faizi Müşfiq Abdullayevə, bir faizi isə onun qardaşı Allahverdi Abdullayevə məxsusdur. M.Abdullayev publik şəxs deyil və cəmi bir dəfə-ötən il mətbuata müsahibə verib,  biznesinin çökməyə başladığı vaxtlarda RBC danışıb. Onun sərvətinin 26 milyard rubldan çox olduğu bildirilir. Virtualaz.org

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …