Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Musa Yaqub xəstəxanadan evə buraxıldı

Musa Yaqub xəstəxanadan evə buraxıldı

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:

“Atama çox hərəkət olmaz. Fəxri ad verilən gün çox ziyarət edən oldu, yorulmuşdu. Belə olan halda da təzyiqi çox aşağı düşür. Xəstəxanaya apardıq. Sistem köçürüldü, hazırda səhhəti əvvəlki kimidir. Dünən evə gətirmişik, dincəlir”.

Xatırladaq ki, M. Yaqub bir neçə gün öncə Xalq şairi fəxri adını alıb. Daha sonra özünü narahat hiss edən şair İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …