Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Aktual / Musa Yaqub, Ramiz Rövşən “Xalq şair”i oldu- Tam siyahı

Musa Yaqub, Ramiz Rövşən “Xalq şair”i oldu- Tam siyahı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. Azinforum.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq şairi” Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz) Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən) Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) “Xalq yazıçısı” Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla) Rəsulzadə Natiq Rəsul oğlu Vəliyeva Afaq Məsud qızı (Afaq Məsud) “Xalq artisti” Muradov İlqar Əliməmməd oğlu Zeynallı Cavanşir Mirzəməmməd oğlu “Əməkdar incəsənət xadimi” Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) Hüseynbəyli Elçin Hüseyn oğlu Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa) “Əməkdar artist” Xasiyev Nadir Şənbə oğlu Kərimova Cəmilə Rüstəm qızı Məsimov Qurban Abdulla oğlu Nağıyev Qasım Gəncalı oğlu Niftəliyeva Nurbəniz Nurəddin qızı Süleymanova Elmira Süleyman qızı “Əməkdar mədəniyyət işçisi” Əliyev Asim Yediyar oğlu Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) Güləliyev Abbas Musaxan oğlu Məmmədov Rauf Davud oğlu. *** Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Bulanova Oksana İqorevna Əhmədov Ənvər Misir oğlu Qəniyev Maarif Soltan oğlu Mustafayev Sabir Məmməd oğlu Salayev İltifat Saleh oğlu Talıbzadə Alina Dmitriyevna.

Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …