Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Müsəlman aləmində “hər uğurlu təşəbbüsə badalağ” faktoru

Müsəlman aləmində “hər uğurlu təşəbbüsə badalağ” faktoru

İslam dünyasında baş verən çəkişmələr müsəlman ölkələri gənclərin inkişafı və faydası üçün atılan addımlar üçün də ciddi maneələr yaradır. 

İstanbulda bugünlərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) “Gənclik Günü” tədbirləri iki məqamla yadda qalıb. Birinncisi, bu toplantıda ilk dəfə müsəlman ölkələrində gənclərin vəziyyəti ilə bağlı hazırlanmış geniş araşdırma İƏT Gənclik Forumu (İKGF) tərəfindən beynəlxalq ictimayyətə təqdim olunub. İkinci maraqlı məsələ isə müsəlman aləmində son aylarda baş verən böhranın İƏT və diplomatik təşkilatlara da təsir etməsi olub. Bu barədə bir qədər sonra.

Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, İstanbulda keçirilən “İƏT Gənclər Günü” nə həsr edilmiş Yüksək Səviyyəli Konfransda açıqlanan “Müsəlamn gəncliyinin durumu” adlı hesabat müsəlman ölkələrində gənclərin vəziyyətinin çox da ürəkaçan olmadığını ortaya qoyub. İKGF və İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırma və Təhsil Mərkəzi (SESRİC) tərəfindən hazırlanan hesabatda dünya gənclərinin 30 faizi, yəni 500 milyon gəncin müsəlman ölkələrində yaşadığı qeyd olunur. Ancaq eyni hesabata görə, inkişaf etmiş ölkələrində savadlıların sayı 93 faiz olduğu halda, İƏT ölkələrində bu göstərici – 85 faizdir. Bundan başqa İƏT ölkələrində gənclər arasında işsizliyin ümumi səviyyəsi 16 faizdir ki, bu da analoji olaraq dünyadakı 12,28 faiz göstəricisiylə müqayisədə geridir. Gənc qadınlar arasında vəziyyət daha da acınacaglıdır – işsizlik səviyyəsi oglanlarla nisbətdə 24 faiz daha artıqıdır.

Картинки по запросу İslam Əməkdaşlıq Təşkilatı

Yeri gəlmişkən, araşdırmaya əsasən müsəlman ölkələrində gənclərin siyasi proseslərə qatılması göstəricisi digər dünya ölkələrindəki müvafiq göstəricinin 30 faizini təşkil edir. Bu da müsəlman olmayan ölkələrlə müqayisədə çox geridə olduğumuzu göstərən bir faktdır. Müsəlman dünyasındakı bu faciəvi vəziyyəti göstərən ən bariz tablo isə bu gün bütün “yaşıl coğrafiya”da yayılmış terror və müharibələrdir.

Məhz bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə yaranan İKGF ciddi təşəbbüslərlə çıxış etmişdir.

e9a343a0-5b67-4633-9f2f-e1e447a8898b.jpg (68 KB)

Qəzetimizin yaxından izləmək fürsəti olduğu ötən il İstanbulda keçirilən İƏT Gənclər və İdman Nazirləri 3 –cü Konfransında Gənclər Forumunun təşəbbüsü ilə İƏT ölkələrinin gənclik sahəsində “Birgə Fəaliyyət Planı” qəbul edildi və prosesi əlaqələndirmək üçün İKGF-yə Nazirlər Konfransının Katibliyi kimi məsul mandat verildi. Ancaq Gənclik günü tədbirində səsləndirilən çıxışlar diqqətlə incələndikdə məlum olur ki, bu vəziyyətin təcili olaraq aradan qaldırılması üçün müsəlman aləminin birgə fəaliyyətinə yönələn təşəbbüslər də, elə İƏT üzvləri arasında mövcud olan rəqabət və intriqalarla üzləşir.

Belə ki Anadolu Agentliyi İKGF sədri, səfir Elşad İskəndərova istinadən yazır ki, bəzi müsəlman ölkələri fəal təşəbbüslərə müxaliflik göstərirlər.

fb532b13-e51f-4955-a37f-252226426f41.jpg (44 KB)

Sitat: “Fəaliyyətimizin hər ciddi mərhələsində fikri manipulyasiya əməliyyatlarından tutun, qaralama, etibardan salma və hətta sabotaj kimi fərqli maneələrlə üzləşdik. Sonuncu dəfə İƏT ölkələri birgə gənclik platforması təşkil etdiyimiz Gənclər və İdman Nazirləri Konfransından öncə də bəzi ölkələr müxtəlif bəhanələrlə birgə fəaliyyət planı və koordinasiya mexanizmi təkliflərinin qəbul olunmaması üçün lobbiçilik edirdilər”. Azərbaycan, Türkiyə, Qətər və Fələstin Nazirlərinin də iştirak etdiyi Konfaransda səslənən digər çıxışlarda da Birgə Strategiyaya yaranan süni maneələrdən danışıldı.

Gənclik sahəsində də geopolitik amillər

Bəs bu eyhamların arxasında nə durur?

Məsələ ondadır ki, mərkəzi İstanbulda yerləşən İslam Konfransı Gənclər Forumu birbaşa Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və İƏT-nin əsas söz sahibi olan Səudiyyə Ərəbistanı və müttəfiq ölkələrinin nəzarətində deyil. Bu səbəbdən də İƏT-nin digər qurumları əsasən Səudiyyə Ərəbistanı ərazisində yerləşdiyi halda İƏT Gənclər Forumu İstanbulda yerləşir. Bütün bu səbələrdən dolayı, qurum Səudiyyə Ərəbistanına deyil, daha çox Azərbaycan və Türkiyənin siyasi xəttinin irəliləməsinə üstünlük verir. Təsadüfi deyil ki, İƏT “Gənclər Günü”nü kimi seçilmiş 3 sentyabr da məhz Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 11 əvvəl İƏT Gənclər Forumunun açılış tarixinə təsadüf edir.

Bütün bunlar isə İƏT-də özünü əsas söz sahibi kimi hiss edən Səudiyyə Ərəbistanının qısqanclığına səbəb ola bilər. Ötən il İKGF-nin təşəbbüsü ilə keçirilən Gənclər və İdman Nazirləri Konfransında da radikal və təkfirçi dini düşüncələrlə mübarizəni əsas prioriteti kimi müəyyən edən Birgə Gənclik Strategiyasına qarşı müxalifliyin arxasında məhz bu ölkənin bəlli dairərlərinin dəstəyi sezilməkdə idi. Təsadüf deyil ki, İKGF və onun sədrinə qarşı mediada yayılan bəzi qarayaxma kampaniyaları da məhz ötən il keçirilən həmin konfransla eyni vaxta təsadüf edir.

Digər tərəfdən İƏT Gənclər Forumu fəaliyyətinin ana xəttlərindən biri də hər zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olub. Məhz Forumun Mədəniyyətlərarası Korodinatoru olan Leyla Əliyevanın təşəbbüsü ilə İƏT-nin 52 ölkəsini birləşdirəm Parlament Birliyi Xocalı soyqırımını rəsmi tanıyaraq Ermənistan rəhbərliyinin hüquqi məsuliyyətə cəlb edilmsini tələb etmişdir. Bu fəaliyyət bəzi ərəb ölkələrinin qərarvermə dairələrinə sızmış erməni lobbisinin diqqətindən də yayınmış deyil. Belə ki, fəal Azərbaycançılıq mövqeyində duran qurumun əl qolunu bağlamaq üçün Forumun sədrinin ehyam etdiyi “Lobbiçilik” fəaliyyətini də ötən ilki Konfransda məhz erməni lobbisinin güclü olduğu Misir həyata keçirirdi.

Bu baxımdam İstanbul Konfransında Müsəlman gəncliyinin durumu ilə bağlı hesabatın təqdimatının keçirilməsi İKGF-nin sözügedən maneələri uğurla aşdığına dəlalət edir. Çünki bu hesabat Nazirlər Konfransı tərəfindən Foruma verilən yeni mandatın icrasının ilk sınağı kimi də dəyərləndirilə bilər.

Konfransda İƏT-nin rəmzi olan Fələstini təmsil edən nazirin də İƏT Gənclər Forumunun fəaliyyətlətinə verdiyi dəstək müxalif Ərəb ölkələrinə bu istiqamətdə bir mesajdır.

Похожее изображение

Təbii ki ortaq günün təsis edilməsi qeyd olunan problemlərə diqqətin cəlb edilməsi üçün rəmzi, hesabatın işiq üzü görməsi isə – vacib əməli xaratket daşıyır. Lakin müsəlman dünyasında gəncliyin mötədil və intellektual yetişdirilməsi, ən əsası isə məzhəbçilik və radiklazm bəlalarından qurtulması üçün üzv ölkələrin daha ciddi iş birliyinə ehtiyac var. Azərbaycan və Türkiyənin birgə başladığı və bütün İslam aləmi üçün mühüm olan təşəbbüslərin bu məqsədlərə nə dərəcədə nail ola biləcəyini isə zaman göstərəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …