Şənbə , Fevral 24 2024
Ana səhifə / Aktual / Müsəlmanlar “Şeytan bal”ına qarşı çıxdılar – “Hellouin bayramı”yla bağlı – VİDEO

Müsəlmanlar “Şeytan bal”ına qarşı çıxdılar – “Hellouin bayramı”yla bağlı – VİDEO

“Vaxtında bu cür təxribatların qarşısını almasaq, sabah nəvələrimizin simasına baxanda dəhşətə gələcəyik…”

Şəhərin gecə klublarından birində oktyabrın 27-dən 28-ə keçən gecə “Hellouin” adlanan əcaib Amerika bayramına həsr edilmiş  bal(rəqs axşamı) keçiriləcəyi haqda xəbərlərə əksər sakinlər sərt reaksiya verdi.
Moderator.az Dağıstan mediasına istinadla  yazır ki, söhbət bu respublikanın paytaxtı Mahaçqaladan gedir.
“Şeytan balı” adı altında keçiriləcək  əyləncəli(?) gecənin afişasında belə anormal cümlələr yazılıb: “Özgəsinin qiyafəsində olanda cəsur olmaq asandır. Öz qorxularından çəkinmə, səni sümüklərinədək əsmə tutacaq”…   Mahaçqalanın bir çox sakinləri satanistlərin təşkil etdiyi  “Şeytan balı” keçirilməsi ideyasını sərt ittiham ediblər. Onlar belə  tədbirlərin, adlarından bəlli olduğu kimi, gənclərin mədəni səviyyəsinin aşağı enməsinə və tənəzzülünə, deqradasiyasına səbəb olduğunu bildirir. Sosial şəbəkələrdə “Hellouin”  əleyhinə fleşmoblar yaradılıb və istifadəçilər burada  “Şeytan balı”nı tənqid edən video-müraciətlərini yerləşdiriblər.
Qafqaz Xalqlarının Rusiya Konresi Ali Şurasının üzvü  Ruslan Qurbanov da  yeniyetmə və gənclərin ruhi tarazlığının, psixologiyasının, əxlaqının pozulmasına, aqressivləşməsinə aparan bu cür qondarma bayramların keçirilməsinə qarşı kəskin çıxış edərək bildirib ki, əgər biz vaxtında belə təxribatların qarşısını almasaq, sabah nəvələrimizin simasına baxanda dəhşətə gələcəyik…
P.S. Son 2-3 onillikdə  keçmiş SSRİ və sosialist məkanında xüsusən gənc nəsil arasında belə bir yanlış düşüncə formalaşmağa başlayıb: Amerika və Avropadan gələn hər şey mədəniyyət, müasirlik və tərəqqi, Şərqdən, İslam aləmindən gələnlər isə cəhalət, savadsızlıq və gerilikdir…

Həmçinin oxuyun

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: “Əminəm, amma təfərrüatlara varmayacam”

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq …