Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Murad Boz Bakıya toya bu qiymətə gəlib – Məbləğ açıqlandı

Murad Boz Bakıya toya bu qiymətə gəlib – Məbləğ açıqlandı

Türkiyənin məşhur müğənnisi Murad Bozun Azərbaycana toya neçəyə gəldiyi məlum olub. 

Sənətçinin sözügedən məclisə səfərini təşkil edən şəxs “Qafqazinfo” ilə əlaqə saxlayaraq açıqlanan 400 min dollarlıq rəqəmin həqiqəti əks etdirmədiyini, ona verilən qonorarın aşağı olduğunu qeyd edib.

Təşkilatçının sözlərinə görə, Murada məclisdə iştirak üçün 80 min TL ödənilib. Eyni zamanda, ifaçının Azərbaycana özəl təyyarə ilə gəlməsinə də aydınlıq gətirilib.

Bildirilib ki, M.Boz İstanbuldan Bakıya adi reyslə gəlib, Bakıdan isə birbaşa Adanaya özəl reyslə uçub. Belə ki, toydan dərhal sonra müğənni Adanada konsertə qatılıb.  Həmin konsertin təşkilatçıları olan iş adamları Bozun arxasınca Azərbaycana özəl təyyarələrini göndəriblər.

Qeyd edək ki, Türkiyə mətbuatı Murad Bozun səfəri ilə bağlı fantastik məbləğdə qonorarın, 400 min dolların ödənildiyi ilə bağlı məlumat yaymışdı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …