Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Murad Bakıdakı toyun görüntülərini paylaşdı – Video

Murad Bakıdakı toyun görüntülərini paylaşdı – Video

Türkiyənin məşhur ulduzu Murad Boz Bakıda çıxış etdiyi toyun görüntülərini yayımlayıb. “Qafqazinfo” xəbər verir ki, pop ifaçısı rəsmi “Youtube” səhifəsində Azərbaycanın Bakı və Türkiyənin Osmaniyə şəhərlərinə səfəri zamanı lentə alınan video yerləşdirilib. 

Həmin kadrlarda paytaxtımızın görüntüləri, Muradın gəlişi, dəbdəbəli toya hazırlığı və səhnədə çıxışı yer alıb.

O, “Bakı, ötən gün təyyarəyə çata bilmədim. Bu gün özümü çatdırmışam” deyə açıqlama verərək ona ayrılan otelə gedib. M. Boz Bakıdakı çıxışından dərhal sonra Türkiyəyə qayıdıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …