Ana səhifə / Aktual / “Müharibəni başladan biz deyilik, vicdanımız təmizdir” – Video

“Müharibəni başladan biz deyilik, vicdanımız təmizdir” – Video

“Onlara hücum edən biz deyilik, biz deyilik”.

“ Azinforum.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Ukrayna Silahlı Qüvvələri mən sizinlə iki gün əvvəl sizin evinizdə olarkən atəş açmağa başladılar. Onlar başladılar. Mən sizə indi Belarusa hardan hücum hazırlandığını göstərəcəyəm. Əməliyyatdan altı saat əvvəl mövqelərə, dörd mövqeyə qabaqlayıcı zərbə endirilməsəydi, təlimdə olan Belarus və Rusiya qoşunlarına hücum edərdilər. İndi xəritəni göstərəcəyəm, gətirmişəm. Bu müharibəni biz başlatmamışıq, bizim vicdanımız təmizdir. Yaxşı ki, başlatdılar”, – deyə Lukaşenko qeyd edib.

https://ok.ru/videoembed/3522614528618

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …