Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Aktual / “Müharibədə ən güclü silahımız dəmir yumruq oldu” – VİDEO

“Müharibədə ən güclü silahımız dəmir yumruq oldu” – VİDEO

General-mayor Hikmət Həsənov və general-mayor Mais Bərxudarov Silahlı Qüvvələr Günü ilə bağlı təəsüratlarını bölüşüblər.

AzTV-yə danışan generallar 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu zəfərin təməlində cənab Ali Baş Komandanın polad iraədsi, mükəmməl idarəetməsi, cəsarəti, Azərbaycan Ordusunun döyüş sahəsindəki igidliyi və Azərbaycan xalqının birliyi, vətənpərvərliyi, qələbəyə inamı, cənab Ali Baş Komandanın ətrafında vahid şəkildə birləşməsi dayandı”, – deyə H.Həsənov bildirib.

M.Bərxudarov Azərbaycan xalqının qələbəsini belə şərh edib:

“Bizim bu müharibədə ən güclü silahımız cənab Ali Baş Komandanın dəmir yumruğu oldu. O yumruq ki, biz onun altında birləşdik və düşmən o yumruqdan qorxun gizləndi. Bunun nəticəsində qalib olduq”.

Həmçinin oxuyun

“Sağ olsun, Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi” – Çavuşoğlu

“Bəzi dost, qardaş ölkələr və özəl şirkətlər Türkiyədə yanğınların söndürülməsi və meşələrin mühafizəsində ilk başdan …