Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Muğanbank” böhran nöqtəsinə qədəm qoyur… – BAĞLANA BİLƏR…

“Muğanbank” böhran nöqtəsinə qədəm qoyur… – BAĞLANA BİLƏR…

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan banklardan biri – «Muğanbank» 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 27 345 min manat, faiz xərcləri 19 419 min manat, xalis faiz gəliri 7 926 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 14,7 milyon manat və ya 35% azalıb. Bankın faiz xərcləri isə 6,2 milyon manat və ya 24% azalıb. Nəticədə bankın xalis faiz gəliri də təqribən iki dəfə aşağı düşüb.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15 942 min manat (14% azalma), qeyri-faiz xərcləri 20 881 min manat (23,8% azalma) təşkil edib.

Əməliyyat mənfəəti 4 dəfə artıb

Nəticədə bank 2020-ci ilin 9 ayını 2 987 min manat əməliyyat mənfəəti ilə başa vurub. Qeyd edık ki, «Muğanbank» təkcə 3-cü rüb ərzində əməliyyat mənfəətini 4 qat artırıb. Belə ki, yarım ildə bankın əməliyyat mənfəəti 747 min manat olmuşdu.

Amma mümkün zərərlər üzrə yaradılan 11 241 min manat həcmində ehtiyatları da nəzərə alanda, «Muğanbank» ilin 9 ayını 8 254 min manat zərərlə başa vurub.

Xatırladaq ki, ilk yarım ilin nəticələrinə görə, bankın xalis zərəri 1 880 min manat olmuşdu. Başqa sözlə, 3-cü rübğ ərzində bankın xalis zərəri də 4 qat artıb.

Bankın aktivləri azalıb

Bu dövrdə bankın cəmi aktivləri 558 milyon 549 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 15,5% azalma deməkdir. 9 ayın nəticələrinə görə, bankın nağd vəsaitləri təqribən 5 milyon manat artaraq 21 milyon manatı keçib, Banklardakı depozitləri isə 12 milyon manat azalaraq 49 milyon manata düşüb.

Xalis kreditlər artıb

2020-ci ilin 3-cü rübünün nəticələrinə görə, «Muğanbank»ın aktivlərinin 346 milyon 331 min manatı kredit portfelinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 14 milyon manat və ya 4% azalsa da, bankın kredit portfeli «təmizlənib» və xalis kreditlərin həcmi artıb. Belə ki, ilin əvvəlində ümumi krelit portfelinin 24,4 milyon manatı ehtiyata ayrılmışdı və xalis kreditlər 336,2 milyon manat idi. İndi isə ehtiyata ayrılan məbləğ 3 dəfəyə yaxın azalaraq 9,3 milyon manata düşüb, xalis kreditlər isə 337 milyon manatı keçib.

Öhdəlikləri və kapitalı azalıb

Ölkə iqtisadiyyatı, o cümlədən bank sektoru üçün olduqca mürəkkəb keçən 2020-ci ilin ilk 9 ayının nəticələrinə görə, «Muğanbank»ın öhdəlikləri 473 milyon 375 min manat (17,5% azalma) təşkil edib.

Öhdəliklərin azalması bankdakı depozitlərin məbləğinin aşağı düşməsi ilə bağlıdır. Hazırda bankın depozit portfeli 260,2 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 74 milyon manat və ya 22,1% aşağıdır.

Bankın cəmi kapitalı 85 milyon 174 min manat (2,1% azalıb) təşkil edir. Hazırda bankın 24,3 milyon manat bölüşdürülməmiş zərəri və 9,5 milyon manat ehtiyat ayırması var.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …