Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Muğan Bank” cərimələnib

“Muğan Bank” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində “Muğan Bank” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il qərarı dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi “Muğan Bank” ASC barədə inzibati protokol tərtib edib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, ASC-nin 300 manat cərimə edilməsinə qərar verib. 

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …