Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müğənnilərin başıbəlalı şortikləri… – Fotolar

Müğənnilərin başıbəlalı şortikləri… – Fotolar

Azərbaycanda şou-biznes nümayəndələrinin geyimi tez-tez gündəmə gəlir.

Qafqazinfo” xəbər verir ki, bu dəfə isə sosial şəbəkələrdə şou əhlinin şortik geyinməsi müzakirə olunmağa başlayıb.

Yay mövsümündə istirahətə yollanan xanım məşhurlar tənqidlərə məruz qalıb, instaqramda isə paylaşılan şortikli fotolara təhqir dolu rəylər yazılıb.

Sosial şəbəkə istifadəçiləri bu geyim modelini ya tanınmışlara yaraşdırmır, ya da ölkə mentaliteninə uyğun olmadığını iddia edirlər.

Elə bir neçə gün əvvəl müğənni Xatirə İslamın şortikdə paylaşdığı foto gündəmə gəlib.

Xatirə isə onu tənqid edənlərə sərt cavab verdi və onlara ismarış yolladı:

“Azərbaycanda müğənnilər arasında ən uzun paltar geyinənlər sırasındayam. Yetim əlində qoğal pis görsəndi. Nədənsə, məndə belə şeyləri pis görürlər. Dənizin qırağında nə geyinməliyəm? Qısa geyinən müğənnilər pisdi? Onda niyə sevirsiz, bağrınıza basıb toya çağırırsız? Bir instaqramı açın, görün ki, kimlər nə geyinir?”

Xatirədən fərqli olaraq “Eurovision – 2016” təmsilçimiz Səmra Rəhimli isə ünvanına yazılan tənqid və təhqirləri önəmsəməyərək belə reaksiya vermişdi:

“Siz həqiqətəndə düşünürsüz ki, dedikləriniz mənə maraqlıdır?”

Müğənni Rəqsanə İsmayılova da şortikdə paylaşdığı fotolara görə müzakirə edilən məşhurlar sırasındadır.

“Kimin xoşu gəlmirsə, baxmasın. Siz dənizdə yəqin ki, ya şuba, ya da palto geyinirsiz. İstirahət edirəm, mənə belə xoşdur. Kim istəmirsə, baxmasın, dərdimi çəkməsin. Ürəyi zəif olanlar dərman içsin”,- deyərək ifaçı tənqid edənlərə sərt cavab verib.

Bu məqamda şortikli şəkillərinə görə müzkairələrə səbəb olan müğənnilərin fotolarını təqdim edirik:

Xalq artisti Aygün Kazımova

 

Əməkdar artist Röya Ayxan

Nura Suri

Günay İbrahimli

Ayan Babakişiyeva

 

Sevda Yəhyayeva

 

Pərvin Abıyeva

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın