Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / MÜĞƏNNİ AYAN BABAKİŞİYEVA “HELL”İ SEVİR, YOXSA REKLAM EDİR? – FOTO

MÜĞƏNNİ AYAN BABAKİŞİYEVA “HELL”İ SEVİR, YOXSA REKLAM EDİR? – FOTO

Dünya bazarında hansısa məhsulla tanınmaq istəyən şirkətlər öncə həmin məhsulun reklamını qurmağa və bu zaman tanınmış simalara üz tutmağa çalışırlar. Qeyd edək ki, xarici ölkələrdə məşhurların reklam roliklərində çəkilməsi daha geniş yayılıb. Qonşumuz olan qardaş Türkiyədə tanınmışların reklamlarda çəkilməsi praktikasından xüsusilə çox istifadə edilir.
Amma bu işin xüsusi özəlliyi bundan ibarətdir ki, tanınmışlarla əməkdaşlıq etməzdən əvvəl xalq arasında araşdırma aparılır. Yəni xalqın hansı məşhura daha çox önəm verdiyi, inandığı, sevdiyi araşdırılır və reytinq cədvəli qurulur. Yalnız buna əsasən reklam şirkətləri həmin məşhur insanı öz reklam çarxında çəkib-çəkməmək barədə qərar verir.
Məsələn, Türkiyədə aparılan araşdırma nəticəsində “O səs Türkiyə”, “Yetənək sizsiniz”, “Survivor” kimi layihələrin müəllifi Acun İlıcalının xalqın ən çox inandığı şəxs olduğu üzə çıxıb. Buna görə də məşhur şirkətlər reklamlarında Acun İlaclının çəkilməsinə çalışırlar.
Ötən il Türkiyənin populyar müğənnilərindən olan Hadisə 400 min dollara “Sırma Grup”un reklamına çəkilib. Hadisə adıçəkilən firmanın ölkə xaricində siması olmaq üçün 2 milyon dollara razılaşıb. Reklam çarxlarına ən tələb olunan məşhurlar sırasında öndə gələn Hadisə bununla özünün rekord məbləğə reklam anlaşmalarının siyahısına birini də əlavə edib.
Bəs Azərbaycanda vəziyyət necədir? Reklam şirkətləri ünlü simaları reklam roliklərinə, yaxud küçə reklamlarına cəlb edərkən məşhurlarda nəyə önəm verirlər?
Reklam üzrə mütəxəsisslərin verdiyi məlumata görə, bu məsələdə məşhurun hədəf auditoriyası nəzərə alınır. Əsas üstünlük məşhurun hansı həcmdə auditoriyaya xitab edə biləcəyinə verilir. Ölkəmizdə reklam bazarının zəifliyini nəzərə alsaq, burada məşhurlara təklif olunan qonararların müqayisədə çox aşağı olması da təbii qarşılana bilər. Hiss edilir ki, məşhurlarla reklam məqsədilə işləyən şirkətlər daha çox həmin tanınmışların sosial şəbəkələrdə olan aktivliyinə də xüsusi önəm verir və son illər bu amil vacib şərt kimi dəyərləndirilməyə başlayıb. Özünə çox izləyici yığan bəzi məşhurların sosial şəbəkələrdə paylaşdığı şəkillərdə məhsul reklamları hallarına rast gəlinməyə başlayıb.

Əslində burada qəbahət olan bir şey də yoxdur. Ancaq nədənsə məşhurların çoxu belə bir reklam anlaşmasının olduğunu gizlətməyə çalışırlar. Bəzi tanınmışlar isə əksər hallarda belə reklamları məhsulu bazara çıxaran firmaların rəhbərlərilə olan şəxsi tanışlıq münasibətlərinə görə edirlər. Sosial şəbəkələrdə bu yöndə apardığımız araşdırma zamanı maraqlı faktlarla rastlaşdıq.

Məsələn, “İnstaqram”da 314 minlik böyük izləyicisi olan müğənni Ayan Babakişiyevanın səhifəsində bir neçə yerdə “Hell” enerji içkisini reklam etdiyinə rast gəlmək mümkündür. Biz bu araşdırmamızlıa hansısa müğənniyə irad bildirmək və ya onu etdiyi reklama görə vergiyə niyə cəlb edilmədiyini iddia etmək istəmirik. Sadəcə, demək istəyirik ki, xarici ölkələrdə bu cür reklamlardan həm tanınmışlar yaxşı pul qazanır, həm də dövlətin büdcəsinə xeyli vergi ödənilir. Bu baxımdan da, tanınmışlarla firmalar arasında olan reklam anlaşmalarının sağlam müstəvidə, qarşılıqlı müqavilələr əsasında davam etdirilməsində böyük zərurət var.

Çinarə SEYİDOVA

Azinforum.az

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın