Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Müğənnilərin faciəvi seçki cavabları – Sorğu

Müğənnilərin faciəvi seçki cavabları – Sorğu

2015-ci il noyabr ayının 1-i Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Axar.az tanınmış sənətçilər arasında yaşadıqları rayon üzrə parlament seçkilərində namizədliyini irəli sürən şəxsləri tanıyıb-tanımadıqları ilə bağlı sorğu keçirib.

Nazpəri Dostəliyeva: “Nərimanov rayon ərazisində yaşayıram. Seçkiyə getməyəcəm. Namizədləri tanımıram”.

Səməd Səmədov: “Nəsimi rayonunda yaşayıram. Namizədlərin adlarını çəkə bilmirəm. Çünki düzünü deyim, tanımıram. Ümumiyyətlə, nə vaxtdır seçkilər? Öyrənərəm görüm, kimə səs vermək lazımdır”.

Gülyaz Məmmədova: ”Yasamal rayonu ərazisində yaşayıram. Vallah, namizədlərin adlarını dəqiq deyə bilmərəm, çünki qarışdırıram. Ancaq yaxında bu məsələ ilə maraqlanacağam”.

Manaf Ağayev: “Xəzər rayonunda yaşayıram. Məsləhət olsa, seçkilərə gedəcəm. Amma namizədlərin heç birini tanımıram”.

Elnarə Abdullayeva: “Yasamal rayonunda qeydiyyatdayam. Dünyadan xəbərim yoxdu, o ki olsun seçkilərdən… Mən bircə oxumağı bilirəm, vəssalam. Nə namizədləri tanıyıram, nə də seçkilərdən başım çıxır”.

Mətanət Əsədova: “Nərimanov rayonu ərazisində yaşayıram. Sabah biləcəm ki, kimə səs verilməlidir”.

Elariz Məmmədoğlu: “Binəqədi rayonunda yaşayıram. Namizədləri tanımıram. Nə vaxtdır seçkilər?”

Kərim Abbasov: “Binəqədi rayonunda yaşayıram. Namizədlərdən… (düşünür) Üzr istəyirəm, bir az yuxuluyam, olar sonra danışaq?!”

Həmçinin oxuyun

Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə (FOTOLAR)

1873-cü ildə həvəskar teatr kimi fəaliyyətə başlayan Tbilisidəki Azərbaycan teatrına baş çəkdik. Qapıda bizi teatrın …

Bir cavab yazın