Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / “Mübarizi şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər…”

“Mübarizi şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov iş adamı Mübariz Mənsimovun saxlanılmasına görə təəssüfləndiyini bildirib. 
O, Moderator.az-a açıqlamasında M.Mənsimova “ləkə yaxmaq” istəyənlərə səslənərək, öz işləri ilə məşğul olmalarını tövsiyə edib:
“Mübariz Mənsimovu şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər. Belə addımlar atıb dövlətimizi gözdən salmaq lazım deyil. M.Məsimov xaricdə yüzdən çox tələbənin təhsil haqqını ödəyərək, Azərbaycan üçün savadlı kadrlar hazırlayır. Bununla yanaşı, evsizə, əlsizə, ayaqsıza kömək edir. O, insan həmişə də deyir ki, mən siyasətə qarışmıram, sadəcə öz işimlə məşğulam. Bizim bəzi məmurlardan fərqli olaraq ermənilərlə dostluq etmir, daim onların bizim düşmənimiz olduğunu deyir. Dörd tərəfimiz düşməndir, biz onlarla mübarizə aparmalıyıq, bir-birimizlə yox. Dünəndən bu xəbəri eşidəndən əsəbiləşmişəm. Onun  FETO ilə əlaqələrinin olması inandırıcı deyil. Biz ölkəsi, vətəndaşı üçün ürək yandıran belə bir insanı qorumalıyıq”.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …