Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Mübariz Mənsimovla birlikdə “Palmali”nin top-meneceri də həbs olunub

Mübariz Mənsimovla birlikdə “Palmali”nin top-meneceri də həbs olunub

Türkiyə polisi azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə onun sahibi olduğu “Palmali” şirkətlər qrupunun icraçı direktoru Nuray Nurcihan Perkeri də həbs edib.

Virtualaz.org xəbər verir ki, hakimiyyətə yaxın “Sabah” qəzeti Mənsimovun və Perkerin barəsində hazırlanan ittiham aktının bəzi təfərrüatlarını dərc edib. Bu təfərrüatlara əsasən Mənsimov və Perker fətullahçı terror təşkilatı FETÖ-nun yüksək rütbəli rəhbərləri ilə sıx təmaslarda olub.

Xəbər verildiyi kimi İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə idarəsinin əməliyyatçıları Mübariz Mənsimovu dünən martın 15-də səhər saatlarında evində həbs ediblər. Daha sonra onun Beşiktaşdakı evində və Levent rayonundakı ofisində axtarışlar aparılıb. Eyni vaxtda şirkətin icraçı direktoru Nuray Nurcihan Perker də saxlanılıb və dünəndən bəri onların polisdə dindirilməsi davam edir. Şübhəlilərin bu gün məhkəmə qarşısına çıxarılacaqları gözlənilir.

Bildirilir ki, Mübariz Mənsimov Türkiyə hakimiyyətinin FETÖ ilə mübarizə çərçivəsində qəbul etdiyi qərar çərçivəsində fəaliyyəti dayandırılan Türk Rus Vakfının qurucusu olub. Onun dosyesinin araşdırılması zamanı üzə çıxıb ki, Mənsimov FETÖ-nun yüksək rütbəli rəhbərlərindən olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə sıx telefon əlaqələri saxlayıb. Habelə Mənsimov Rusiya hakimiyyətinin FETÖ ilə əlaqəli olduğu üçün fəaliyyətini dayandırdığı Atlantic İnternational School-un idarə heyətində təmsil olunurmuş.

Bundan əlavə, Mənsimov FETÖ-nun Rusiya imamı olan və barəsində həbs qərarı çıxarılan, “Saffet” ləqəbli Ahmet Hamdi Vuralla da sıx təmasda olduğu bildirilir. Vuralın “Palmali” şirkətinin ofisinə tez-tez gəldiyi, bu zaman ofisdə dinləmə cihazlarının siqnallarını bloklayan “Jammer” qurğusunun işə salındığı da iddia edilir. Mənsimov Vuralla dəfələrlə birlikdə səyahət ediblər və görüşüblər.

Mübariz Mənsimov habelə FETÖ mənsubu olan və barəsində həbs qərarı çıxarılan Muammer İhsan Kalkavanla da sıx təmasda olub, Kalkavan onun ofisinə tez-tez gəlib, hətta özünü şirkətin ortağı kimi aparıb. Bundan əlavə Mənsimovun FETÖ-nun hüquq sahəsində gizli təşkilatlarından biri olan Yüksel-Karkın-Küçük (YKK) vəkil bürosu ilə əlaqəli olduğu da üzə çıxıb. Dindirmə zamanı Nuray Nurcihan Perker M.Mənsimovun bütün işlərdən xəbərdar olduğunu, şirkətin idarə edilməsinə dair qərarların və təşəbbüslərin birlikdə qəbul edildiyini deyib.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …