Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Mübariz Mənsimov dilə gəldi: “Boşuna zəhmət çəkməyin, sizdə alınmayacaq”

Mübariz Mənsimov dilə gəldi: “Boşuna zəhmət çəkməyin, sizdə alınmayacaq”

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmalı” holdinqinin rəhbəri Mübariz Mənsimov Azərbaycan mediasında özü barədə gedən yazılara sosial şəbəkədə münasibət bildirib. 

Həmin cavab belədir: “Sadəcə, sizə və yalan informasiyalarına gülüb keçirəm. Rusiya bir hüquq dövlətidir, cənablar. Boşuna zəhmət çəkməyin, heç nə alınmayacaq. Sizin bu çirkin yalanlarınızın sifarişçilərinin də kim olduğunu bilirəm”.

Qeyd edək ki, son vaxtla M.Mənsimovun barəsində Rusiyada hüquqi araşdırmalar aparıldığı barədə xəbərlər yayılır. Onun rusiyalı milyarder Vahid Ələkbərovla çəkişmədə olduğu və tərəflərin münasibətlərinin son dərəcə gərgin olması barədə də mediada materiallar gedib.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …