Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Mübarizə qarşı çıxan nadan və cahillər – Millət vəkili

Mübarizə qarşı çıxan nadan və cahillər – Millət vəkili

Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda həmişə qalacaq. Təbii ki, düşmən tərəfi də var və Mübariz İbrahimovun qəhrəmanlığını gözdən salmağa çalışırlar. Məsələyə bu konteksdə baxmaq lazımdır.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Mübariz İbrahimovu sevməyən və onun barəsində bu cür fikirlər səsləndirən adamlar ola bilər, amma Azərbaycanı sevən, onun maraqlarını düşünən insanlar Milli Qəhrəmanımıza yüksək qiymət verirlər.

“Mübariz İbrahimov bir sindromun qırılmasında mühüm rol oynayıb. Bəzən nadanlar və cahillərin bir qismi bildirirlər ki, o, hansısa bir məktəbin, məzhəbin təmsilçisi olduğu üçün bunu edib. Bunlar onun qəhrəmanlğını gözdən salmaq üçün atılan addımlardır. Mübariz İbrahimov birbaşa Azərbaycanın dəyərlərini yaşadan, onun düşmənindən qisasını alan bir qəhrəmandır. O, hansısa bir məktəbin deyil, bütövlükdə Azərbaycanın yetirməsidir. Mübariz İbrahimov bütövlükdə islam dünyasının qəhrəman oğludur”, – millət vəkili bildirib.

Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.

“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Həftəsonları kafe və restoranlar işləyəcək? – Nazirlər Kabineti açıqladı

Azərbaycanda karantin rejimi növbəti dəfə yanvarın 25-dən yumşaldılıb. Belə ki, həmin tarixdən ticarət obyektləri, bərbərxanalar və …