Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Müavinini nazir özü bada verib: Elnur Əliyevin həbsinin PƏRDƏARXASI

Müavinini nazir özü bada verib: Elnur Əliyevin həbsinin PƏRDƏARXASI

DTX-nın ötən gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat ölkədə böyük ajiotaj doğurdu. Xüsusi xidmət orqanının ilk dəfə eyni gündə 3 yüksək rütbəli dövlət məmurunu saxlaması müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub.

Dövlət Təhlükəsizlik Xidməti noyabrın 1-də Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirərək nazirin birinci müavini Elnur Əliyevi, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovu və Protokol Şöbəsinin rəisi Kamil Rzayevi saxlayıb.

Mətbuatda yayılan məlumatlara görə, DTX əməliyyat keçirərkən Mədəniyyət Naziri Anar Kərimov işdə olmayıb. Ümumiyyətlə, nazirin ötən iş günündə bir dəfə belə iş yerinə baş çəkmədiyi bildirilir. Mədəniyyət Nazirliyindəki mənbələrdən aldığımız məlumata görə, Anar Kərimovun DTX-nın əməliyyat keçirəcəyindən əvvəlcədən xəbəri olub. Adətən, bu cür əməliyyatlarla bağlı qurumun başında dayanan birinci şəxs məlumatlandırılır. Bunda məqsəd onun əl-ayağa düşməməsi, “yuxarılara” telefon açıb əlavə gərginlik yaratmasının qarşısını almaqdır.

Mənbənin sözlərinə görə, Elnur Əliyevin “vurulması” birbaşa Anar Kərimovun marağında olub. Birinci müavinin özünü nazir kimi aparması, tez-tez subordinasiya qaydalarını pozması Kərimovu əməlli-başlı narahat edirmiş.

Nazirlik əməkdaşı deyib ki, son vaxtlar bu qurumun rəhbər şəxslərinin iştirakı ilə təşkil olunan bütün xarici səfərlərdə nümayəndə heyətinə E. Əliyev başçılıq edirdi. Hətta Mədəniyyət Nazirliyinə təşrif buyuran xarici diplomatlar da onun tərəfindən qəbul edilirmiş. Mədəniyyət Nazirliyinin bütün strukturlarında, o cümlədən, Regional Mədəniyyət İdarələrinin rəisləri ilə bağlı təyinatlar da E. Əliyevin təqdimatı ilə həyata keçirilirmiş. Birinci müavin nazirlikdə vəzifə tutduğu qısa müddət ərzində bir neçə yaxın qohumunu müxtəlif postlara təyin etdirməyə müvəffəq olub. Onlardan biri də ötən gün DTX tərəfindən saxlanılan Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovdur. İ. Nəsibov E. Əliyevin doğma xalası oğludur.

Mənbə deyib ki, birinci müavin özünü nazir kimi apardığı üçün Anar Kərimov onu həbsini əngəlləmək üçün  cüzi səy belə göstərməyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …