Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Müasir toxum istehsalı kompleksi tikilir

Müasir toxum istehsalı kompleksi tikilir

Kənd Təsərrüfatı Nazirliyi kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikir.

Nazirlikdən verilən məlumata görə, İsrail təcrübəsinə uyğun müasir kompleks Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək. Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnostika laboratoriyasından ibarət olacaq.

Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, bir başa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanalarla bərabər 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq.

Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …

Bir cavab yazın