Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Müəllimi ilk görəndə elə bildim, kiminsə bacısıdır” – Video

“Müəllimi ilk görəndə elə bildim, kiminsə bacısıdır” – Video

“Böyük siniflərlə dil tapmaq daha rahat olur.  Onlar artıq inkişaf etmiş və özünü anlayan şagirdlərdir”

Cari il  müəllimlərin işə qəbulu imtahanında kimya ixtisası üzrə ən yüksək balı toplayan Aidə Sadıqova ilk dərs gününün həyacanını bizimlə belə bölüşür.

“Qafqazinfo” olaraq sentyabrın 16-da ənənəvi olaraq birinciləri çəksək də, bu dəfə bir müəllimin həyacanına şahid olmaq istədik. 

Beləliklə, səhər tezdən dərs deyəcəyi Nəsimi rayonu 16 nömrəli texniki-humanitar liseyin qarşısında onunla görüşdük. 

Şagirdlərinə hər zaman dost kimi yanaşdığını bildirən A. Sadıqova 5 ildir ki, müəllim kimi fəaliyyət göstərir. 

1991-ci ildə Gürcüstanın Dumanisi şəhərində anadan olub.  2 yaşından etibarən Bakıya gəlib. 

2013- cü ildə Bakı Dövlət Universitetinin kimya müəllimi ixtisasını bitirib. Magistr təhsilini də elə həmin universitetdə ixtisası üzrə alıb. 

16 nömrəli məktəbdə ilk dərs günüdür. Bu onun üçün yeni şagirdlər və yeni mühit deməkdir. Ona görə də həyəcanlıdır. 

Çantasını çiyninə atıb liseyin 10 A sinfinə dərsə girən A. Sadıqova əvvəl şagirdləriylə səmimi salamlaşıb tanış olur. Bu il məktəblərdə ilk dərs saatı Azərbaycanın inkişafı ilə  bağlı olduğu üçün mövzu ətrafında onlarla sual-cavab edir.  

Özünün dediyi kimi, sinfin şagirdlərinin müstəqil düşüncəyə sahib olmasından çox məmnundur.

Daha sonra şagirdlərdən yeni müəllimləri haqqında təəssüratlarını öyrənirik

Çingiz Xəlilov onu ilk görəndə kiminsə bacısı olduğunu düşünüb: “Müəllim bizə çox səmimi yaxınlaşdı.  İlk danışığından başa düşdüm ki, savadlıdır. İlk dəfədir ki, belə səmimi müəllim görürəm.  Həmişə müəllimlərimiz çox ciddi olur. Sevinirik ki, belə müəllimimiz oldu”.

İzafət Ələsgərova da müəllimlərinin səmimi olmasından məmnun olub: “Bu da mənim çox xoşuma gəldi.  Müəllim nə qədər səmimi və açıq fikirli olsa, uşaqlar ona daha çox can yandırar. Ümid edirik ki, dərslərimizi yaxşı başa düşüb müəllimlimizlə yola gedə biləcəyik”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …