Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Müəllim intihar edən tələbə oğlundan yazdı…

Müəllim intihar edən tələbə oğlundan yazdı…

Bir neçə gün əvvəl Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun vəfatı ilə bağlı paylaşım edib.

“ Azinforum.az ” xəbər verir ki, Masallıda yaşayan və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Şahin Səmədli övladının nümunəvi gənc olduğunu bildirib və onun magistratura təhsili üçün hazırlaşdığını qeyd edib.

Övladının fotolarını paylaşan ata bunları yazıb: “Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi: Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki… Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam”.

Xatırladaq ki, Şəhriyar Səmədli oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …