Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi FOTO

Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi FOTO

Türkiyə Elazığ vilayətinin Ağın rayonunda şagirdin müəllim tərəfindən cəzalandırılması faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, müəllimə Büşra Yakınoğlu şeiri əzbərləməyən şagird Elif Karaoğlunun ovucuna dəyənəklə vurub.

Şagird başına gələnləri evdə anasına danışıb və ana Məqbulə Karaoğlu müəlliməyə zəng vuraraq ondan şikayətçi olacağını bildirib.

Müəllimə isə öz növbəsinə valideynə, get istədiyin yerə şikayət et – deyərək kpobud cavab verib.

Zərərçəkmişin atası Osman Karaoğlu əlində göyərmə və sıyrılma xəsarəti olan qızı üçün tibbi arayış alaraq Ağın rayonu icra başçısının həyat yoldaşı olan müəllimə barədə şikayətçi olub.

İcra başçısı Fatih Yakınoğlu isə açıqlama verərək həyat yoldaşı Büşra Yakınoğlu barəsində istintaq başladıldığını bildirib.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın