Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Aktual / “Müəyyən yollarla sürücülük vəsiqəsi alır və işə düzəlirlər…” – DEPUTAT

“Müəyyən yollarla sürücülük vəsiqəsi alır və işə düzəlirlər…” – DEPUTAT

“Avtoqəza hadisələri ehtiyatsızlıqdan və ya diqqətsizlikdən törədilə bilər. Qəsdən törədilən hadisələrə isə Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsinə əsasən baxılır. Avtoqəzaların adətən qəsdən törədilməsinə faktına rast gəlinmir. Lakin ehtiyatsızlıqdan törədilən avtoqəzalarda xeyli sayda həyatını itirir və ya yaralanır. Bütün dünyada hər gün müxtəlif avtomobil qəzaları baş verir, yəni, bunun qarşısını tamamilə almaq mümkün deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycanda baş verən avtoqəzaların sayının normadan çox olmasının müxtəlif səbəbləri var: “Birinci, peşə qabiliyyəti olmayanlar müəyyən yollarla sürücülük vəsiqəsi alır və işə düzəlirlər. İkincisi isə, bu gün Hava limanı yolunda baş verən hadisədə olduğu kimi, ümumiyyətlə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirlər. Bütün bunları tənzimləmək dövlətin üzəri düşən vəzifədir. Nəzərə almaq lazımdır ki, avtoqəzaların sayını minimuma endirmək üçün yolların çəkilişinə, quruluşuna da diqqət etmək lazımdır. Çünki yolların quruluşu da qəzaların baş verməsinə səbəb olur. Əlbəttə ki, bu məsələlərdə yol hərəkəti qaydalarına Dövlət Yol Polisi, yolların qəza şəraiti yarada biləcəyinə müxtəlif yol idarələri məsuliyyət daşıyır. Yəni, baş verən istənilən avtoqəzanın səbəbləri dəqiq müəyyənləşdirilməlidir. Bu gün 5 nəfərin ölümü, digərlərinin xəsarət alması ilə nəticələnən ağır avtoqəza hadisəsi mənə keçmişi xatırlatdı. Xatırlayıram ki, mən əsgərlikdə olanda 17 nəfər məktəblini “pambıq yığmağa” aparan avtobus qəzaya düşmüşdü və qəza nəticəsində 1 nəfər həyatını itirmiş, 1 nəfər isə ağır yaralanmışdı. Həmin ağır xəsarət alan mənim ailə üzvüm idi. Yəni, avtomobil idarə edərkən ehtiyatlı olmaq lazımdır. Burada onlarla adamın həyatından söhbət gedir. Qəza nəticəsində kimisə olur, kimisi şikəst qalır, kimlərsə də ağlar günə düşür. Tövsiyəm odur ki, sürücülük vəsiqəsi təqdim edənlər vətəndaşların bacarıqlarını, Dövlət Yol Polisinin əməkdaşları isə sürücülərin vəsiqələrinin olub-olmadığını yoxlasın və kateqoriyası ilə maraqlasın”.

Həmçinin oxuyun

Rusiya Telman İsmayılovdan əl çəkmir

Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.Bastrıkin …