Bazar , Yanvar 16 2022
Ana səhifə / Aktual / Müəllimlərdən pul yığan direktorla bağlı araşdırma başlayıb

Müəllimlərdən pul yığan direktorla bağlı araşdırma başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib. İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.

O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin “Whatsapp” qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.

Həmçinin oxuyun

Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin …