Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Müəllimlərə və valideynlərə müraciət edib deyəcəm ki…” – Ağsaqqal məsləhəti…

“Müəllimlərə və valideynlərə müraciət edib deyəcəm ki…” – Ağsaqqal məsləhəti…

“İtalyanlar müəllimə “Padre”, türklər “Hocam” böyüyüm, ağsaqqalım, biz də isə hər küçədən keçənə “müəllim” deyirlər”
Bunu Moderator.az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov cəmiyyətdə müəllimin döyülməsi faktına münasibət bildirərkən deyib. R.Mahmudov bildirib ki, biz cəmiyyət olaraq özümüz müəllim sənətini gözdən salmışıq:
“Ümumiyyətlə, bir cəmiyyətdə müəllimin döyülməsi faktı ayıbdır. İtalyanlar müəllimə “Padre”, türklər “Hocam” böyüyüm, ağsaqqalım, biz də isə hər küçədən keçənə “müəllim” deyirlər. Yəqin ki, özümüz o müəllimliyi gözdən salmışıq. Ya bu bizim müəllimlərin günahı üzündən baş verir, ya da cəmiyyət müəllimə pis baxır. Ola bilsin ki, hər yoldan keçəni müəllim qoyurlar və hadisələrdən ona görə baş verir. Müəllim öyrədən, ağsaqqal, ata deməkdir. Onsuz da ölüb gedirəm və çox güman ki, saytların birində müəllimlərə və valideynlərə müraciətim olacaq. Onlara sonuncu dəfə müraciət edib deyəcəm ki, bu insanları şəxsiyyət kimi böyütmək lazımdır”.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …