Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual / Müəllim barədə polisə şikayət edən direktor Təhsil Nazirliyinə çağırıldı

Müəllim barədə polisə şikayət edən direktor Təhsil Nazirliyinə çağırıldı

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edən həmin məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə dəvət olunub.

“Report” xəbər verir ki, bunu H.Əlizadə “Facebook”da yazıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir.

H.Əlizadə deyib ki, şikayətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gedib: “Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək”.

Xatırladaq ki, direktor Z.Cavadov rəhbərlik etdiyi məktəbin müəllimi H.Əlizadə barədə polisə şikayət edib. O, buna səbəb olaraq müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiya gətirməsini göstərib.

Həmçinin oxuyun

Gənc Tamaşaçılar Teatrının tavanı çöküb – “Hadisə baş verən zaman zalda heç kim olmayıb”

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.“Report”un xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş …