Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / MTN-in sabiq şöbə müdiri həbsxanadan buraxılmayıb – Baş Prokurorluq

MTN-in sabiq şöbə müdiri həbsxanadan buraxılmayıb – Baş Prokurorluq

Cəzası 12 ildən 5 ilə endirilən Vüsal Ələkbərov nədə ittiham olunurdu, kimləri adını çəkəcəyi ilə hədələyirdi?

Baş Prokurorluğun mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə yaydığı informasiyalara münasibət bildirib.

Baş Prokurorluqdan modern.az-a verilən məlumatda bildirilb ki,  həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur: “Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir”.

“Yeni Müsavat” bildirir ki, Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi ötən ilin iyun ayının 10-da başa çatıb. Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Vüsal Ələkbərov son sözündə sensasion faktlar sadalayacağını vəd edib.  “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları haradadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?” desə də,  son sözündə yalnız zərərçəkənlərin ittihamlarını rədd edib.

Vüsal Ələkbərov ile ilgili görsel sonucu

Vüsal Ələkbərov

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbayel rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzilin üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Bu ilin fevralında isə  Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Bakı Hərbi Məhkəməsinin hökmünün qanuni və ədalətli olduğunu bildirib. Qeyd edib ki, Vüsal Ələkbərov və onun vəkillərinin apelyasiya şikayətləri əsassızdır. Prokuror hökmün dəyişdirilməməsini istəyib.

Daha sonra çıxış edən Vüsal Ələkborov bildirib ki, birinci məhkəmə instansiyası onun barəsində əsassız hökm çıxarıb:“Mənə mütəşəkkil dəstə tərkibində ittiham verilib. Amma mütəşəkkil dəstə müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilərək zərərçəkmiş Akif Qurbanova verilməsi barədə qərar çıxarılıb. Nə səbəbə mütəşəkkil dəstənin törətdiyi cinayət əməlini mən ödəməliyəm? Mütəşəkkil dəstə anlayışı ilə bağlı Ali Məhkəmənin plenumunun qərarı var. Həmin qərarlara nəzər yetirilməlidir. Xahiş edirəm, bu məsələyə diqqət yetirilsin. Bu qədər ədalətsizlik olmaz”. Daha sonra hakimlər qərar açıqlayıblar. Qərara görə, Vüsal Ələkbərovun cəzası 5 ilə endirilib.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …