Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / MSK sədri Məzahir Pənahov tərbiyəsiz insanların sosial şəbəkələrdən istifadəsi barədə

MSK sədri Məzahir Pənahov tərbiyəsiz insanların sosial şəbəkələrdən istifadəsi barədə

“Bəzi insanların tərbiyəsizlik etməsi dünyanın bütün ölkələrində var”. Bunu Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O, sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib: “Bəzi mərkəzlər bununla bağlı iş aparırlar. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maariflədirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq ki, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …